Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:12

Yeni manatlarda Heydər Əliyevin şəkli ola bilər


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Azərbaycanın gələn il dövriyyəyə buraxılacaq yeni manatı keyfiyyəti və qorunma nişanələrinə görə Avrodan geri qalmayacaq.



Yeni manatlar 1, 5, 10, 20, 50 və 100-lük əskinaslarla olacaq. Bundan əlavə denominasiya nəticəsində dövriyyəyə 1, 5, 10, 20 və 50 qəpiklik sikkələr də buraxılacaq.



Yeni pulların dizaynı ilə məşğul olacaq şəxs də artıq müəyyənləşib. Bu, Avronun baş dizayneri Robert Kollinadır.



Bu məlumatları Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov fevralın 9-da keçirdiyi mətbuat konfransında verdi. Onun sözlərinə görə, mərhum prezident Heydər Əliyevin də şəklinin olması nəzərdə tutulur. Artıq onun əksi olan əskinas nümunələri hazırdır, amma onların çap olunması haqda siyasi qərar hələ ki, verilməyib.



Mərkəzi bank artıq pensiyaçılar və digər plastik kartların istifadəçiləri üçün problem yaranmasın deyə bankomatların proqramında dəyişikliklər edilməsi haqda qərar verib.



Milli Bank həmçinin, xüsusi avadanlıq alacaq ki, bu da yeni əskinasların həmişə təmiz saxlanmasına və çirklənməməsinə imkan verəcək.



Yeni və köhnə pullar arasındakı rəqəm fərqinin problem yaratmaması üçün kütləvi informasiya vasitələrində xüsusi reklamların nümayiş etdirilməsi, bukletlərin yayılması və digər addımlar nəzərdə tutulub.



Yeni manat gələn il yanvarın 1-dən kommersiya banklarına göndəriləcək. Amma artıq bu ilin oktyabr ayından dükan və mağazalarda malların qiymətləri köhnə və yeni manatla yazılacaq.
XS
SM
MD
LG