Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:06

“Həbsxanalara qadın gətirən xüsusi dəstə aşkarlandı”


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur “Həbsxanalara qadın gətirən xüsusi dəstə aşkarlandı”. Bu barədə »Üç nöqtə» qəzeti yazır.



Azərbaycan NATO-nun fərdi fəaliyyət planında aktiv iştirak edir. Mövzuya »Yeni Azərbaycan» qəzeti toxunub.



ATƏT-in Faktaraşdırıcı Missiyasının səfərinin ilk mərhələsi tamamlandı. Bu barədə »Ayna» qəzeti yazır.



Hüquq müdafiəçiləri »Yeni Müsavat» qəzetinin problemlərini müzakirə edib. Bu haqda qəzetin bugünkü sayında ətraflı məlumat verilir.



Bakıda səfərdə olan NATO nümayəndəsini prezident İlham Əliyev qəbul edib. Görüşdən geniş məlumatı »Azərbaycan» qəzeti çap edib.



Azərbaycan ərazisindən İrana kəşfiyyatçılar göndərilir. »Azadlıq» qəzeti bu adda məqaləyə yer ayırıb.



»Exo» qəzeti erməni həmkarını öldürməkdə günahlandırılan azərbaycanlı zabit Ramil Səfərovun Budapeştdə başlayan məhkəməsindən məlumat dərc edib. Qəzetin əməkdaşına müsahibə verən Ramil Səfərovsa deyir ki, o, ədalətli məhkəmə qərarı veriləcəyindən əmindir.



NATO nümayəndəsi Robert Simmons Bakıya səfərində deyib ki, təşkilatı münaqişələrin həllində birbaşa iştirak etmir. Bu fikirləri və NATO rəsmisinin səfərini »525-ci qəzet» şərh edir.



Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə vahid milli testin əleyhinə çıxır. Bu haqda »Xalq Cəbhəsi» yazır.



“Sabiq prokuror Eldar Həsənova sui-qəsd cəhdi” başlıqlı məqalə ilə »Bakı Xəbər»də tanış olmaq mümkündür.



»Zerkalo» qəzeti yazır ki, NATO Dağlıq Qarabağ münaqişəsinin həllində dəstək ola bilər.
XS
SM
MD
LG