Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:31

Bugünkü söhbətimizi neft və ətraf mühit mövzusuna həsr etmək qərarına gəldik...


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Hər vaxtınınz xeyr, əziz dinləyicilər.



NEFT ALMANAXının növbəti buraxılışl efirdədir.

Mikrofonda Ayaz Əhmədovdur.



Bugünkü söhbətimizi neft və ətraf mühit mövzusuna həsr etmək qərarına gəldik. Bu mövzuyla bağlı, xam neftin dəniz yollari ilə satış bazarlarına doğru hərəkətinin yaratdığı təhlükədən danışacaq, ekoloqların şərhlərini diqqətinizə çatdıracağıq.



Neft dünyasında üç əsas sahə ayırd edilir. Birincisi, hasilat sənayesidir. Buraya həm neft yataqlarının aşkar edilməsi üçün aparılan geoloji kəşfiyyat işləri, həm də artiq aşkar edilən yataqlardan müxtəlif üsüllarla neftin çıxarılması daxildir. Ikinci sahə, xam neftin emal məntəqələrinə nəql olunmasi prosesini əhatə edir ki, buraya isə öz növbəsində həm neft kəmərləri, həm də neftin tankerlər vasitəsilə daşınması aiddir. Və nəhayət üçüncü sahə xam neftin neftayırma zavodlarındakı emalından və hazır neft məhsullarının satışıindan ibarətdir. Bu üç sahəni bir-birindən ayrı təsəvvür etmək mümkün olmadığından, onların hansınınsa əhəmiyyətini xüsusi vurğulamaq da düzgün olmazdı.



Sözlərimin qüvvəti kimi barel ifadəsinin tarixini misal gətirmək istərdim. Çəllək mənası daşıyan və bugünədək xam neftin ölçü vahidi kimi istifadə olunan barel termini öz tarixini XIX əsrin ilk neft fəvvarələrindən alir. Böyük itki ilə nətiçələnən ilk məhsuldar neft quyularının acı təcrübəsi, neftin qablaşdırılmasının əhəmiyyəti haqda heç kimdə şübhə yeri qoymamışdı. Amerikanın ilk neftçilərinin imdadına çatan da, məhz viski çəlləkləri oldu. O zamanlar əsasən kerosin lampalarinda işlətmək üçün satılan neftin gəmilərlə daşınmasında çəlləklərdən istifadə olunurdu.



1892-ci ildə Batumi limanından Aralıq dənizinə, oradan isə Sueş kanalı vasitəsilə Sinqapur və Hon-Konga üz tutan ”Mureks” gəmisi dünya tarixinin ilk okean tankeri idi. Belə bir gəminin tikilməsi fikri onun sahibi, Samuel Markusun məhz Bakıya etdiyi səfəri zamanı ağlına gəlib. Burada çaxır şüşələrinə bənzəyən primitiv neft barjlarını görən Markus çoxdan axtardığı bir suala nəhayət ki, cavab tapır: ağ neftin satışı üzrə rəqabət apardıqları Standardt oil şirkətinin saqqızını necə oğurlamalı. Markus qərara gəlir ki, nəhəng çəllək-gəmilər tikərək neftin dünya, xüsusilə də Yaponiya və Çin bazarlarinda satışını təşkil etsin. Onun bu təşəbbüsü həqiqətən də tezliklə öz bəhrəsini verir.



Müasir neft tankeri sahiblərinin Samuel Markusun atasına rəhmət oxumağa bu günlərdə xüsusilə əsasları var. Dünya bazarlarındakı gərginlik, neft tankerlərinə olan tələbatı kəskin şəkildə artırdığından tanker şirkətlərinin gəliri də xeyli artıb. Bəzi gunlər bir tankerin gündəlik icarə qiyməti 200 min dollar həddinədək yüksəlib.



Telefon əlaqəsi saxladığım Greenpeace İspaniya təşkilatının fəalı Sebastian Losadanın qayğıları tanker sahiblərinin nikbinliyi ilə kəskin təzad təşkil edirdi. 2002-ci ilin noyabr ayında Ispaniya sahilləri yaxınlığında qəzaya uğrayan ”Prestige” tankerindən təbiətə dəyən zərərin miqyasını aradan keçən müddətə baxmayaraq hələ də müəyyən etmək olmur.

Sebastian Losada (səs)

Tərcümə

***

Qeyd edim ki, Liberiya bayrağı altinda üzən ”Prestige”, Baham adalarında qeydə alınıb, Yunanıstanda qərarlaşan müdiriyyət tərəfindən idarə olunur və nəhayət özünün sonuncu səfəri zamanı Isveçrə tərəfindən icarəyə götürülübmüş. Di gəl baş aç görüm, məsuliyyət kimin üzərinə düşür. Amma bütün bunlara baxamayaraq, ”Prestige” qəzası neft tankerlərinin uğradığı heç də ən ağır qəzalardan sayılmır. 1979-1991 illər arası qəzaya uğrayan ”Atlantic Empress”, ”ABT Summer”, ”Castilio de Bellver” tankerlərinin hə

Günün bütün mövzuları

XS
SM
MD
LG