Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:44

Gömrükdən Vergilərə ötürülən «pas»


«Azterminal»da pul yığılan otağa giriş burdandır
«Azterminal»da pul yığılan otağa giriş burdandır

Həmsöhbətim olan iş adamları deyirlər ki, normal bizneslə məşğul olmaq üçün gərək gətirdiyin malın Gömrük bəyannaməsi, hesab qayiməsi əlində olsun. Vergi yoxlaması olanda görünsün ki, mal neçəyə alınıb. Amma bu sənədlər olmayanda və ya saxtalaşdırılanda vergi də real qazancın nə qədər olduğunu bilmir və həmin saxta sənədlərə əsaslanaraq yüksək gəlir hesablayır.

Türkiyədən istilik sistemləri gətirən sahibkar Bədrəddin Quliyev deyir misal üçün Türkiyədən gətirilən mal Türkiyədən, Gürcüstandan rəsmi sənədlərə keçir, amma Azərbaycana çatanda həmin malın hesab qayiməsi dəyişdirilir. Malını gömrükdən keçirən sahibkar sonra vergi orqanlarıyla dil tapmağa çalışır. Elə bu səbəbdən də Azərbaycana mal idxal edən sahibkarlar baş verənləri Gömrükdən vergi orqanlarına ötürülən və həmişə də qolla nəticələnən «pas» adlandırılar.

Bu sahəni araşdıran ekspertlər hesab edir ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına indiyə qədər üzv olmaması daha çox çirkli pulların gizlədilməsinə xidmət edir.

Elə ölkəyə mal idxal edən sahibkarlar da hesab edirlər ki, Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olandan sonra ölkənin gömrük sistemində bütün əməliyyatlar tam şəffaf olacaq. Bu halda isə çirkli pulların gizlədilməsi mümkün olmayacaq.

«Azərbaycanın gömrük təcrübəsi dünyaya nümunə olmalıdır»

Amma İqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyev Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv olmamasını vergidən yayınma, korrupsiya ilə əlaqələndirməyin əleyhinədir. Onun fikrincə, bu məlumatların heç bir əsası yoxdur.

«Əksinə Azərbaycanın gömrük sistemində çox müsbət işlər görülür, Vahid Pəncərə Sisteminin tətbiqi və s. Əgər orda hardasa bəzi bürokratik əngəllər var idisə onların hamısı aradan qaldırılıb. Hər deyilənə inanmaq lazım deyil. Əksinə bizim gömrük sistemimizin təcrübəsini yaymaq lazımdı».

Özümüzün Sumqayıt və Bakı Baş Gömrük İdarələrində müşahidə etdiyimiz, bundan başqa sahibkarların gömrüklə bağlı dediklərinə Dövlət Gömrük Komitəsinin də aydınlıq gətirməsini istədik. Ancaq bununla bağlı «Azadlıq» radiosunun Dövlət Gömrük Komitəsinə göndərdiyi rəsmi məktuba araşdırmamız başa çatana qədər cavab ala bilmədik. Amma buna baxmayaraq yenə də sadalanan məsələlərlə bağlı Dövlət Gömrük Komitəsinin rəsmi mövqeyini əks etdirməyə hazırıq.

İndilik bu qədər. Növbəti araşdırmamız isə gömrükdən vergi orqanlarına vurulan «pas»dan və onun törətdiyi fəsadlarından olacaq…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG