Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:47

Şüşənin tonuna alınan rüşvət


70 manata satılan 8 manatlıq qəbz
70 manata satılan 8 manatlıq qəbz

Əvvəlki araşdırmamızda avtomobil idxalı və satışı zamanı vergidən nə qədər pulun gizlədilməsindən danışmışdıq. Həmin araşdırmada avtomobil satan şirkətin 32 min manata olan təkcə bir avtomobilin satışından 22 min manat vergidən gizlətdiyini üzə çıxarmışdıq. Həmin araşdırmamıza avtomobil bazarını araşdıran ekspertin hesablamalarına görə, ildə təkcə avtomobil idxalı və satışından əldə olunan 300 milyon manatdan çox pul dövlət büdcəsindən yayındırılır.

Hindistandan mal əti gətirən bir sahibkarın iddiasına rəsmi gömrük sənədlərində onun gətirdiyi malın həm çəkisi, həm də qiyməti xeyli aşağı yazılıb. Sahibkarın iddiasına görə, 28 ton mal əti rəsmi sənəddə 7 ton göstərilib.

Rusiyadan Azərbaycana pəncərə şüşəsi idxal edən «Azqlass» MMC-nin prezidenti Ədalət Abbasov deyir ki, şüşənin kvadrat metrlə hesablanmasına baxmayaraq, rüşvət tona uyğun tələb edilir. Onun sözlərinə görə, şüşənin bir tonuna görə, sahibkardan 425 manat rüşvət alınır. Ədalət Abbasov deyir ki, bir vaqon şüşəyə görə sahibkar 26 min manata yaxın rüşvət verməli olur.

Gömrükdə yazılmamış qanunlar

Gömrükdə yazılmamış elə qanunlar var ki, onu heç kim poza bilməz. Həmin qaydaların pozulması xaricdən gətirilən malın qeyri-müəyyən müddətə Gömrükdə saxlanmasıyla nəticələnə bilər. Qeyri-müəyyən müddətə malın buraxılmaması isə mal sahibinə ciddi ziyan düşməsilə nəticələnir. Əvvəla, malın hər gün gömrükdə saxlanmasına bir neçə yüz manat pul ödənilir, yəni yük nə qədər çox qalarsa bu o qədər ziyan deməkdir. Bir də baxır sahibkar xaricdən nə gətirir. Əgər tez xarab olan mal gətirirsə burda gec razılaşma mal sahibinə iki tərəfli zərbə vurur, həm mal xarab olur, həm də cərimələr artır. Bu halların hər ikisilə bağlı nümunələr var.

Məsələn, iki il əvvəl Rusiyadan kolbasa məmulatları gətirən «Sirdaş» Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus 20 tondan artıq kolbasa 20 günə yaxın Samur Sərhəd Gömrük keçid Məntəqəsində saxlanıb və malın bir hissəsi xarab olub, üstəgəl 20 günün cərimələri. Həmin vaxt adı çəkilən cəmiyyətin direktoru Bədrəddin Quliyev Gömrük Komitəsinin sədrini vəzifəli şəxsin hərəkətsizliyi idiasıyla məhkəməyə versə də, ərizəsi geri qaytarılmışdı. Həmin vaxt Yasamal rayon Məhkəməsindən iddiaçıya verilən cavabda izah edilir ki, Gömrük Məcəlləsinin 55-ci fəslində müəyyən edilmiş prosedurları yerinə yetirdikdən sonra və müəyyən qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut əlavə etməklə təkrar şikayətlə məhkəməyə müraciət edə bilər. Amma sahibkar sonradan məhkəməyə müraciət etməyib.

Digər bir nümunə Rusiyadan şüşə gətirilməsilə bağlı olub. «Azqlass» MMC-nin gətirdiyi iki vaqon şüşə 82 gün gömrükdən buraxılmayıb. Bu şirkət də məhkəməyə müraciət edib, vəzifəli şəxsin hərəkətsizliyinə dair iddia ilə. Amma bu iddia da təmin edilməyib. Şirkətin rəhbəri Ədalət Abbasov deyir ki, həmin günlərin cəriməsi o qədər çox olub ki, o gətirdiyi şüşənin satışından əldə etdiyi pulun hamısını cəriməyə ödəyib. Azərbaycan məhkəmələrindən hər hansı müsbət qərar əldə edə bilməyən sahibkar Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib. Hazırda bu işlə bağlı məsələ Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.

«Sirdaş» MMC-nin rəhbəri Bədrəddin Quliyev ölkəyə mal gətirənlərdən rüşvətin alınma yollarına belə aydınlıq gətirir. Onun dediyinə görə, sahibkarın gətirdiyi 10 manatlıq malın dövlət büdcəsinə köçürülməli olan vergisi nağd şəkildə ondan alınır. Malın qiymətisə sənədlərdə 2 manat göstərilir, vergi də həmin o, iki manatdan ödənilir.

«Ona görə vergi orqanı, istənilən hüquq-mühafizə orqanı məsələni araşdıranda qanunsuzluqları aşkar edə bilir. Mənim davam ondan ibarətdir ki, mən rüsumları bank vasitəsilə ödəyirəm, əgər mən alıcı şirkətə bank vasitəsilə pul çıxarıramsa Azərbaycanda məni məcbur edirlər ki, həmin malın qiymətini aşağı salım. Misal üçün mən 50 min manat pul köçürmüşəmsə, bunlar tələb edir həmin malın qiymətini 10 min, 5 min 600 manat yazım. Deyirəm mən 5 min 600 yazdırdımsa onda məndən dövlət qurumları soruşmayacaqlar ki, 44 min 400 manatı və ya dolları hara köçürmüsən, bu terrorçuya gedib, hara gedib, bəs mən həmin pulu necə əvəzlətdirəcəyəm».

Bədrəddin Quliyevə görə, sənədləri qaydasında olan mal ölkəyə girən kimi satılır. Onun sözlərinə görə, sənədli mal alanlar əmindilər ki, onlar həmin malı satanda qanunları pozmayacaqlar. Bədrəddin Quliyev deyir ki, Türkiyədən Azərbaycana gətirdiyi 57 min manatlıq mala görə dövlət büdcəsinə 15 min manata yaxın vergi ödəyib, amma saxtalaşdırılan sənədlərlə eyni qiymətə olan mala görə, büdcəyə 1000 manatlıq vergi ödənilir.

«Baxın görün mən ödəyirəm 14 min 400 manat, onlar ödəyir 1000 manat, burda xeyli pullar vergidən yayınır».

Bədrəddin Quliyev deyir ona da dəfələrlə gətirdiyi malın qiymətinin aşağı göstərilməsi, həm də malın başqa şəxsin adına sənədləşdirilməsi təklif olunub, amma o bundan imtina edib. Sahibkara görə, gömrüklə idxalçı arasında vasitəçilik edən broker firmalarının hamısı məmurlarındır. O iddia edir ki, elə mal da əsasən dövlət məmurlarının bəzilərinin himayə etdiyi inhisarçı şirkətlərin adına sənədləşdirilir:

Pul yığılan otağa giriş burdandır«Nə bilim biri taxtaya nəzarət edir, biri metala, biri ətə nəzarət edir. Hər şey əllərindədir».

GÖMRÜKDƏN VERGİLƏRƏ ÖTÜRÜLƏN «PAS»

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG