Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:45

Həbsxana rəhbərlərinə qarşı cinayət işi açılıb


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Qobustan qapalı həbsxanasının 6 və 16 saylı saxlama müəssisələrinin yüksəkrütbəli əməkdaşları Cinayət Məcəlləsinin 308.2 maddəsi ilə, yəni vəzifə səlahiyyətlərini aşdıqları üçün cinayət məsuliyyətinə cəlb olunublar. Bu barədə ölkə prokurorluğu və Daxili İşlər Nazirliyinin bircə açıqlamasında bildirilir.



Məlumatda göstərilir ki, istintaq prosesində adıgedən müəssisələrin rəhbərləri saxlama yerlərinə qadınların gətirilməsini təşkil ediblər. Bu kimi şərait xüsusilə cinayətkar aləmdə Qulu kimi tanınan, hazırda Qobustan həbsxanasında saxlanan Nadir Səlifov üçün yaradılıb. Qadınların zorlanmasında o, kamera yoldaşları ilə birgə iştirak edib.



Məlumatda qeyd olunur ki, həbsdə olmağına baxmayaraq, Nadir Səlifov 2001-2004-cü illərdə bir sıra cinayətlər də törədib. Onun vasitəçiləri qardaşı Müşfiq Səlifov və tanınmış idmançı, boks üzrə dünya çempionu Fariz Məmmədov olub. Bu üçlük Bakıda yerləşən “İnterqrant”, “Anadolu” və “Üç palma” restoranlarının müdiriyyətindən hədə yolu ilə dəfələrlə iri məbləğdə pul alıblar.



Buna qədər də həbsxanadakı pozuculuq hallarına görə üç müəssisə rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Baş verənlərlə bağlı ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrasına Nəzarət İdarəsinin rəisi Aydın Quliyev və idarənin bir neçə məsul işçisi də vəzifəsindən uzaqlaşdırılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG