Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:53

Araz Əzimov: “Faktaraşdırıcı missiya gələcəkdə təkrarlana bilər”


Səs: Real audio
Qərb Orta Asiyada insan haqları pozuntularına məhəl qoymur Azərbaycanın işğal altındakı torpaqları azad ediləndən sonra orada qeyri-qanuni məskunlaşan erməni əhalisi də çıxarılmalıdır.



Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun sözlərinə görə, danışıqlarda Azərbaycan tərəfinin prinsipal mövqeyi belədir. Və Azərbaycan təkcə torpaqların qaytarılmasına yox, orada məskunlaşdırılan erməni əhalisinin də çıxarılmasına nail olmaq istəyir.



ATƏT-in Minsk qrupunun Faktaraşdırıcı Missiyasının Dağlıq Qarabağ və digər işğal altındakı ərazilərə səfəri də məhz bununla bağlıdır.



Cənab Əzimov Azərbaycanın mövqeyinin beynəlxalq hüququn prinsiplərinə söykəndiyini deyir. Onun sözlərinə görə, Azərbaycan tərəfi 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyasına istinad edir. Həmin konvensiyada qeyd olunur ki, işğal edilmiş ərazilərdə işğalçı tərəfin demoqrafik durumu dəyişməsinə yol verilmir.



Araz Əzimovun fikrincə, bu gün işğal edilmiş ərazilərdə azərbaycanlı əhali qalmayıb. Bu isə onu deməyə əsas verir ki, Dağlıq Qarabağ ətrafı ərazilərdə məskunlaşanların hamısı sonradan köçürülənlərdir.



Amma Faktaraşdırıcı Missiya Azərbaycan tərəfinin onlara təqdim etdiyi faktları araşdırdığından, Xocalı və Xocavənd rayonlarında olmayıb. Çünki, həmin ərazilərlə bağlı Azərbaycan tərəfi heç bir fakt təqdim etməyib. Yeni faktlar əldə edildikcə, belə missiyalar təkrarlana da bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG