Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:22

Qarlı hava bəzi cənub rayonlarını işıqsız qoyub


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır Azərbaycanın cənub rayonlarına yağan intensiv qar əhalini elektrik, yanacaq və nəqliyyat problemləri ilə üz-üzə qoyub.



Lerik, Yardımlı, Astara və Cəlilabadın dağ kəndlərində qar örtüyünün qalınlığı 1 metrdən çoxdur. Bir çox kəndləri rayon mərkəzləri ilə birləşdirən avtomobil yolları sıradan çıxıb.



Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, neçə gündür bağlı olan Lerik-Lənkəran yolu bu gün açılıb.



Yardımlı sakinlərinin isə elektrik enerjisi sarıdan olan problemləri bu günlərdə daha da artıb.



Rayon icra başçısının müavini Asif Ağayevin sözlərinə görə, 40-dan artıq kənddə işıq yoxdur.



Yardımlı kəndlərini rayon mərkəzi ilə birləşdirən yollar da işləmir.



Ekologiya və Təbii Sərvətlər Nazirliyi hidrometeoroloji proqnozlar departamentinin məlumatına görə, qarlı-şaxtalı hava fevralın 12-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG