Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:11

Astara-Qəzvin dəmiryolunun tikintisinə başlanılır


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır İran, Azərbaycan və Rusiya Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi üçün müştərək səhmdar cəmiyyət yaradırlar.



Bakıda toplaşan üç ölkənin dəmiryolu üzrə ekspertləri ikigünlük müzakirədən sonra bu qərara gəliblər. Bu haqda ilkin razılıq hələ ötən ilin mayında Moskvada keçirilən danışıqlar zamanı əldə olunub.



Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin mətbuat katibi Nadir Əzməmmədov müqavilənin imzalanma mərasiminin fevralın 9-a nəzərdə tutulduğunu deyir. Amma bunun üçün tərəflər bəzi texniki məsələləri həll etməlidir.



Ekspertlər dəmiryolunun tikintisi və istifadəsi zamanı xərclərin necə ödənəcəyi, idarəetmə məsələləri və tikintinin nə vaxt başlayıb, nə vaxt qurtaracağını müzakirə edirlər. Artıq müəyyənləşib ki, yaradılacaq müştərək səhmdar cəmiyyətin xərc və gəlirləri hər üç ölkə - Azərbaycan, İran və Rusiya arasında eyni səviyyədə bölüşdürüləcək.



Layihənin başlanılması üçün tərəflərin ilk mərhələdə 2 milyon dollar ayıracağı da razılaşdırılıb. Həll olunmayan əsas məsələ isə müştərək səhmdar cəmiyyətin qərargahının harada yerləşəcəyi ilə bağlıdır.



Qəzvin-Rəşt-Astara dəmiryolunun tikintisi nəticəsində Azərbaycan Şərq-Qərb dəhlizi ilə yanaşı, Şimal-Cənub nəqliyyat dəhlizində də əsas iştirakçılardan olacaq.



Şərq-Qərb dəhlizi ilə bağlı işlər də dayanmır. Fevralın 8-də Tbilisidə Bakı-Axalkalaki-Qars dəmiryolunun tikintisi üzrə işçi qrupunun birinci yığıncağı keçirilib. Müəyyən olunub ki, yeni xəttin çəkilməsi üçün 600 milyon dollar tələb olunur.



İqtisadçı ekspert Vüsal Qasımov Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycana müsbət təsir göstərəcəyini deyir.
XS
SM
MD
LG