Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:21

“Bu gün Ramil Səfərovun məhkəməsi başlayır”


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır Prezident İlham Əliyev deyib ki, Türkiyə və Azərbaycansız regionda irimiqyaslı lahiyələr həyata keçirilə bilməz. Bu barədə »Yeni Azərbaycan» qəzeti yazır.



Prezident manatın denominasiyası haqqında fərman imzalayıb. Sənədi »Azərbaycan» qəzeti çap edib.



»Azərbaycan məxməri inqilaba hazırdır» başlıqlı yazı ilə »Azadlıq» qəzetində tanış olmaq mümkündür.



Gələn ildən yeni pulların dövriyyəyə buraxılacağını bugünkü sayında »525-ci qəzet» də şərh edir.



»Bakı Xəbər» hüqüq müdafiəçisi Murad Sadəddinovla müsahibə dərc edib.



»Ayna» qəzeti NATO nümayəndəsi Robert Simonsun Bakıya səfərini şərh edir. Yazır ki, NATO Azərbaycana qarşı münasibətdə sərt tələblər qoymağa başlayır.



Mətbuat Şurası ətrafında yaranmış qalmalaqa təşkilatın sədri Əflatun Amaşov »Yeni Müsvat» qəzetinə verdiyi müsahibədə aydınlıq gətirir.



Bu gün erməni həmkarını qətlə yetirən Ramil Səfərovun məhkəməsi başlayır. Bununla bağlı »Üç nöqtə» qəzeti yazı dərc edib.



Xocalı faciəsi Türkiyə parlamentində müzakirə olunacaq. Bu barədə »Xalq Cəbhəsi» yazır.
XS
SM
MD
LG