Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:02

Mübariz Qurbanlı: AMİP-dəki sədr dəyişikliyi başqa partiyalar üçün nümunə ola bilər


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır Ötən bazar günü Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyində baş verən dəyişiklik, Əli Əliyevin sədr postunda Etibar Məmmədovu əvəzləməsi müxalifət düşərgəsinin özündə birmənalı qiymləndirilmir. Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu deyir ki, bu dəyişiklik Azərbaycan siyasətində yeni ab-havanın başlanmasından xəbər verir, partiyaya uzun müddət rəhbərlik etmiş şəxs sədrlikdən gedərək yerini gənc və perspektivli kadra verib. Fəzil Qəzənfəroğludan fərqli olaraq Müsavat Partiyası başqanının müavini Mehman Cavadoğlu AMİP-dəki dəyişikliyi mahiyyətcə yeni bir hadisə saymır. Amma Fazil Qəzənfəroğlunun fikrincə, AMİP-in rəhbərliyindəki dəyişiklik bəzi başqa müxalifət partiyalarında da oxşar proseslərə təkan verəcək: «O liderlər ki, seçdikləri taktika özünü doğrultmayıb, bir neçə rayonda özəklər yaradıb seçkidən seçkiyə emosional şüarlar səsləndirməklə işlərini bitmiş sayırlar və düşünürlər ki, insanlar dövlətçilik və sair haqqında ümumi şüarları eşidib onları dəstəkləyəcəklər, həmin liderlər kənara çəkilməyə məcbur olacaqlar». Fazil Qəzənfəroğlu hesab edir ki, dövr dəyişib, cəmiyyətdə böyük təbəqələşmə gedib, insanlar bütün məsələlərə öz şəxsi mənfəətləri baxımından yanaşırlar və müxalifət ayrı-ayrılıqda hər bir vətəndaşa, hər bir təbəqəyə yaxın olan yeni ideyalar, proqramlar ortaya qoymalıdır.

Müsavat başqanının müavini Mehman Cavadoğlu isə «müxalifət yeniləşməlidir» fikrini absurd sayır. Onun sözlərinə görə, belə təkliflərin müxalifət düşərgəsində təmsil olunan siyasətçilərdən gəlməsi anlaşılmaz görünür. «Əgər kimsə müxalifəti yeniləşdirmək istəyirsə, buyursun, çıxsın ortaya və bunu etsin».

«Müxalifət yeniləşməlidir» fikrinin tərəfdarı təkcə Fazil Qəzənfəroğlu deyil. İqtidar partiyaları isə, ümumiyyətlə, ölkədə yeni müxalifətin yaranmasını vacib sayırlar. Onlar son 10-15 ilin müxalifət liderlərinin siyasətdən getməli olduğunu deyirlər. Hətta konkret müxalifət liderlərinin adını çəkirlər. Məsələn, Müsavat başqanı İsa Qəmbərin adını. YAP icraçı katibinin müavini Mübariz Qurbanlı AMİP-də baş verən dəyişikliyin digər partiyalara da öz təsirini göstərəcəyini güman edir. Amma bununla belə Mübariz Qurbanlı Etibar Məmmədovun AMİP-ə təsir imkanlarını saxladığını bildirib. Amma Müsavat başqanının müavini Mehman Cavadoğlu «müxalifət liderləri öz yerini gənclərə verməlidlir» fikrini qəbul etmir. Onun fikrincə, bu, süni şəkildə baş vermir. Bu qərarı partiya üzvləri özləri verməlidirlər.

Müstəqil jurnalist Azər Qaraçənli isə deyir ki, nə qədər ki Azərbaycanda keçirilən seçkilərin nəticələri birmənalı qəbul olunmayacaq, kimin xalqın dəstəyini qazanmayıb siyasətdən getməli olduğu, kimin isə siyasətdə qalmağa haqqı çatdığını müəyyənləşdirmək çətin olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG