Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:09

“İraq Muradın ümidlərini boşa çıxardı”


Səs: Real audio
Qazaxıstan həyəcanla qonşusuna baxır --“Los Anceles Tayms”



Ölümündən qabaq ailəsinə göndərdiyi şerdə Amerika dəniz piyada qoşunlarının kiçik kapralı Murad Rəhimov özünü relsdəki sürət qatarına bənzədirdi.



Amma bir şerində yazdığı kimi, müəmmalı, qara bir cisim qəflətən onunla toqquşub və onu relsdən çıxarıb.



Murad Rəhimov yanvarın 26-da daha 29 dəniz piyadaçısıyla birlikdə İraqda vertolyot qəzasında həlak olub.



Rəhimovlar ailəsinin çoxdankı dostu Patrisiya Rinkon-Keys onun “zirək, zarafatçıl və olduqca ağıllı” bir insan olduğunu deyir.



Onun sözlərinə görə, Rəhimov şerə və musiqiyə böyük maraq göstərirdi, amma həm də istedadlı kompüter proqramçısı və veb dizayneri idi.



Ailəsi 1989-cü ildə Azərbaycandan mühacirət edən Murad Rəhimov Amerika ordusunda xidmət etmək istəyini bildirəndə ailə üzvləri və dostları bunu təəccüblə qarşılayıblar. Özü isə ABŞ-ın müdafiəsinin həyatına məna qazandıracağını deyirdi.



Atası Rüfət Rəhimov deyir ki, “mən onu bu yoldan döndərməyə çalışırdım. Deyirdim ki, sən həyatını başqa cür də qura bilərsən”. Ancaq onu fikrindən döndərmək mümkün deyildi.



Lakin İraq Muradın ümidlərini boşa çıxardı.



Atasının sözlərinə görə, Murad müharibəyə, orada gördüklərinə nifrət edirdi.



--Müharibə və Sülh Məruzəsi İnstitutu



Qazaxıstan hökuməti və müxalifəti qonşu Qırğızıstanda fevralın 27-də keçiriləcək parlament seçkiləri ərəfəsində vəziyyəti diqqətlə izləyirlər. Rəsmilər narahatlıqla, müxalifətçilər isə hadisələrin Gürcüstan və Ukraynadakı kimi “qansız inqilab” ssenarisi üzrə inklişafı arzusuyla.



Yanvarın 28-də Rusiyada çap olunan “Nezavisimaya qazeta”ya müsahibəsində prezident Əsgər Akayev bir daha “məxməri inqilab”ı Qırğızıstana ixrac etmək cəhdlərindən danışıb.



Özbəkistan prezidenti İslam Kərimov da yanvarın ortalarında eyni qəzetə müsahibəsində Akayevi müxalifəti cilovlaya bilməməkdə günahlandıraraq qonşu “Qırğızıstanda növbəti çevriliş təhlükəsi yarandığını” deyib.



Qırğızıstan kiçik bir ölkədir, amma burada baş verənlərin bütün region üçün ciddi nəticələri olacaq.



Qazaxıstanlı politoloq Artyom Ustimenko deyir ki, “Qırğızıstanda “məxməri inqilab” region ölkələri üçün Gürcüstan və Ukraynadakı hadisələrdən daha təsirli olacaq”.



Onun sözlərinə görə, “Qırğızıstan bütün regionun demokratikləşməsi prosesində lokomotivə çevrilə bilər”.



Müstəqil politoloq Dosım Satpayev isə hesab edir ki, Qırğızıstanda mümkün hakimiyyət dəyişikliyindən sonra Qərb Qazaxıstanda müxalifət qüvvələrini dəstəkləməyə keçə bilər.



“Qırğızıstandan sonra kömək regionun digər nisbətən liberal ölkəsi kimi məhz Qazaxıstan müxalifətinə göstəriləcək”—deyə Satpayev bildirib.



--“Lö Mond”



Rəsmi bəyanatlar baş nazir Zurab Jvaniyanın qəribə ölümüylə bağlı şayiələrin yayılmasının qarşısını ala bilmir.



Bir gürcüstanlı politoloqun gümanına görə, Jvaniyanın ölümü Gürcüstan siyasətində inamsızlıq dövrünü açır.



Onun siyasi zəkası və Gürcüstan siyasi səhnəsinin bütün dalanlarına bələdliyi siyasətdə təzə olan prezident Mixail Saakaşvili üçün çox qiymətliydi.



--“Faynenşl Tayms”



Zurab Jvaniyanın ölümü Gürcüstanda kövrək siyasi tarazlığın pozulması təhlükəsi yaradıb.



Saakaşvili özünün “ən yaxın dostunu, ən sədaqətli köməkçisini itirdiyi” deyir. Amma korrupsiya və cinayətkarlıqla mübarizədə müəyyən uğurlar qazanan hökumətdə son vaxtlar parçalanma sezilirdi.



Nazirlər Kabinetində tarazlığı q
XS
SM
MD
LG