Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:30

TQDK ali təhsil müəssisələrini yoxlamağa hazırlaşır


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin 36 dövlət və özəl ali məktəbində yoxlama aparmağa hazırlaşır. Bunların 26 –sı dövlət, 10-u isə özəl ali təhsil müəssisəsidir.



Məqsəd universitetlərdə qeyri—qanuni, yəni TQDK-nın əmrlərindən kənar tələbə qəbulunun aparılıb-aparılmadığını araşdırmaqdır.



Artıq bu istiqamətdə təşkilati işlərin başladığını deyən TQDK mətbuat xidmətinin rəhbəri Hikmət Kazımovun sözlərinə görə, yoxlamanın nə vaxt və hansı təhsil müəssisəsindən başlayacağı barədə məlumat gizli saxlanılır. Bunu yalnız TQDK-nın sədri bilir.



Hikmət Kazımov TQDK-nın geniş araşdırmalar aparmaq imkanı olmadığı üçün yoxlamaların yalnız 1-ci kurslarda aparılacağını deyir.



Onun sözlərinə görə, bu yoxlamalar 1 ay müddətinə başa çatacaq. Nəticə barədə Təhsil Nazirliyinə məlumat veriləcək. Qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görmək isə Təhsil Nazirliyinin işidir.



TQDK-nın mətbuat xidmətinin rəhbəri bu yoxlamaların ənənəvi olaraq hər il aparıldığını da deyir.
XS
SM
MD
LG