Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:42

Alternativ xidmət haqda qanun necə olmalıdır?


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Nə Cəbiş müəllimdən, nə Böyük Vətən Müharibəsindən, nə də yararsızlardan danışmıyacam. Qəhrəmanım sağlamlığı da öz yerindədir, hərbi xidmət də keçib. Amma hərbi xidmət keçdiyi üçün peşmandı da.



Azərbaycanın cəbhə xəttinə yaxın rayonlarından birində yaşayan qəhrəmanım adının çəkilməsini istəmədi. O, 2001-ci ildə qəbul edilən Hərbi xidmətkeçmə haqqındakı yeni qanuna görə 27 yaşı tama olandan sonra hərbi xidmətə yollanmağa məcbur olub. Yollanıb da. Ailəsini, İki uşağını və işini qoyub. Çünki yeni qanunda əsgərlik yaşı 35-ə qaldırılmışdı, və əvvəllər əgər himayəsində 2 azyaşlı uşağı olanın möhlət hüququ var idisə, yeni qanunla indi 3 uşağın olmalıydı. O hərbi xidmətə yollanıb, əsgərliyin çəkib və gələndən sonra həyatını yenidən qurmağa məcbur olub. Amma iş tapa bilməməsi üzündən bir müddət sonra ailəsiylə ayrılıblar. Özünün dediyinə görə, vaxtında bəziləri kimi qanunsuz yolla- rüşvət hesabına hərbi xidmətdən qurtula bilərdi. Amma Amma pöulunun batacağından və bir müddət sonra yenidən eyni problemlə üzləşməkdən çəkinib. Bu üzdən o, qanuni qaydada – yəni pulunu dövlətə keçirməklə hərbi xidmət keçməməyə imkan verəcək bir qanunun qəbul edilməsini istəyir.



Hərbi ekspert Üzeyir Cəfərov hərbi xidmət keçmək istəməyənlər üçün dünya təcrübəsində alternativ xidmət anlayışının olduğunu və tez-gec Azərbaycanda da bu qanunun qəbul edilməsinin vacibliyini vurğulayır.



Gürcüstanda isə hərbi xidmət keçmək istəməyənlərlə bağlı problem başqa cür yoluna qoyulub. Üzeyir Cəfərov.



Hərbi xidmət cəkdiyinə peşman olan qəhrəmanımın fikrincə, hərbi xidməti həvəssiz keçənləri zorla orduya cəlb eləmək və onları rüşvətlə ordudan yayınmağa məcbur eləməkdənsə pulnan hərbi xidmət keçməyi rəsmiləşdirmək olardı. Və qəhrəmanım alternativ xidmət haqda qanunda məhz bu amilin nəzərə alınacağına inanır.



Azərbaycan 2001-ci ildə Avropa Şurasına qəbul ediləndə, yeni yaradılacaq qanunvericilik bazasında Alternativ xidmət haqda qanunun qəbulu da nəzərdə tutulurdu. Amma 2005-ci ildir, və hələ də belə bir qanun qəbul edilməyib. Amma ara-sıra mətbuatda belə bir qanun ətrafında müzakirələr açılır. Bəziləri müharibə şəraitində yaşayan bir ölkədə bu qanunu qəbulunun vacib olmadığını deyir, bəziləri isə bu qanunun qəbuluyla hərbi xidmətdən qanunsuz yollarla yayınmaq üçün sərf edilən vəsaiti ordunun təminatına yönəltməyin mümkün olduğunu deyir. Amma əslində Alternativ xidmət heç də sadəcə pulun hesabına hərbi xidmət keçməkdən azad edilməyi nəzərdə tutmur. Alternativ xidmətin müxtəlif formaları var. Bir çox ölkələrdə müxtəlif səbəblərdən hərbi xidmət keçmək istəməyən vətəndaşlar əsgərlik müddətindən də uzun olan zaman ərzində hər hansı bir dövlət müəssisəsinə təhkim olunur və orda çalışırlar. Keçmiş müdafiə naziri Tacəddin Mehdiyevin fikrincə, Azərbaycanda bu təcrübənin uğur qazanacağına müəyyən maneələr var.



Keçmiş müdafiə nazirinin fikrincə indiki dşvrdə bu qanunun qəbulu və düzgün işləməsi çox çətin olacaq. Amma bu işi peşklar ordu quruculuğuyla bir yerdə aparmaq olar. Və ən önəmlisi nə hərbi, nə də alternativ xidmət keçmək istəyənlər üçün elə bir məbləğ müəyyənləşdirmək lazımdır ki, bu adamlardan toplanan pula peşəkar ordunun təhcizatını yaxşılaşdırmaq mümkün olsun. Amma həm Tacəddin Mehdiyev, həm Üzeyir Cəfərov, həm də digər mütəxəssislərin fikrincə ordunun idarə edilməsində şəffaflığa nail olmayınca, hərbçi işinin digər peşələrədən həm maddi, həm də texniki-təhcizat və sosial güzəştlər baxmından üstünlüyünə nail olmayınca heç bir qanun real işləməyəcək. Və belə ordudan yayınanların sayı da, yayınma yolları da çox olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG