Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:16

Paytaxt əhalisinin 10-15 faizi qazla təmin olunmur


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Yalnız “Şahdəniz” yatağı işə düşəndən sonra əhalinin qazla təminatında vəziyyət qaydaya düşəcək. Hazırda isə “Azəriqaz” səhmdar cəmiyyəti nəinki Azərbaycanın rayonlarını, heç paytaxt Bakını da qazla tam təmin edə bilmir.



Bu barədə “Azəriqaz”ın sədr müavini Nazim Səmədzadə fevralın 7-də keçirdiyi mətbuat konfransında məlumat verdi.



Qaz sahəsində bu il tətbiq olunacaq yeniliklər isə əsasən sayğaclarla bağlıdır. Quraşdırılacaq 120 min sayğacdan 92 mini Bakı, 18 mini digər bölgələr, 10 mini isə aztəminatlı ailələr üçün nəzərdə tutulub.



Sayğacların alınmasına və quraşdırılmasına xərclənəcək bütün vəsait – 30 milyard manatı “Azəriqaz” ödəyəcək. Elə məhz buna görə də qazın qiyməti yenə də qaldırılacaq.



Tarif Şurasına göndərilən təkliflərə əsasən, qazın qiyməti indikindən 2-3 dəfə çox olmalıdır. Hazırda qazın hər kubmetri əhaliyə 81 manata satılır.



Qaz sahəsində digər gözləntilər Naxçıvanın qazla təminatı ilə bağlıdır. 16 il qazsız yaşayan muxtar respublikanın 25 min evi – yəni abunəçilərin 40 faizi bu ilin oktyabr ayında qaz alacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG