Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:25

Türkiyə parlamenti Xocalı hədisəsini müzakirə edəcək


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Fevralın 26-da Türkiyə parlamentində Xocalı hadisəsi müzakirə olunacaq.



Bunu hazırda Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Bülənd Arınc fevralın 7-də Azərbaycan parlamentinin spikeri Murtuz Ələsgərovla görüşü zamanı deyib.



Parlamentin mətbuat xidmətinin rəhbəri Aqşin Babayevin sözlərinə görə, Murtuz Ələsgərovun Xocalı hadisəsinin qonşu dövlətdə müzakirəsi ilə bağlı təklifinə qonaq müsbət cavab verib.



«Bülənd Arınc dedi ki, fevralın 26-da, Xocalı hadisəsi baş verən gün bu məsələni Böyük Millət Məclisinin müzakirəsinə çıxaracağıq».



Bundan əvvəl də Azərbaycan dövləti dünya ölkələrinə Xocalı hadisəsini soyqırım kimi tanımaq barədə müraciət etmişdi.



Milli Məclis sədri ilə görüşdən razı qaldığını bildirən Bülənd Arınc isə Bakıya səfərdə məqsədin iki ölkə arasında parlamentlərarası münasibətlərin daha da inkişaf etdirilməsi olduğunu deyir.



Türkiyə Böyük Millət Məclisinin rəhbəri Azərbaycan prezidenti İlham Əliyevlə də görüşməlidir. Fevralın 9-da onun Türkiyəyə qayıdacağı bildirilir.
XS
SM
MD
LG