Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:59

Azərbaycan diasporasının indiki vəziyyəti ona lobbiçiliklə məşqul olmağa imkan verirmi və diasporanın fəaliyyəti Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilərmi


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Salam, efirdə Qlobus proqramıdır. Mikrofonda mən, Samirə Faiqqızı. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq.

Qlobusun bugünkü buraxılışının mövzusu belədir – Azərbaycan diasporasının indiki vəziyyəti ona lobbiçiliklə məşqul olmağa imkan verirmi və diasporanın fəaliyyəti Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilərmi.



Qlobusun qonaqları:



- Fransadan Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin sədri Mustafa Alınca,

- Almaniyadan Azərbaycan Akademik Birliyinin rəhbəri Mərdan Ağayev,

- Böyük Britaniyadan "Azərbaycan Turkləri Cəmiyyətinin" rəhbəri Shahrux Məzhəri,

- İtaliyadan tələbə Zaur Fərhadov,

- Və Birləşmiş Ştatlardan Amerika-Azərbaycan Ticarət Palatasının sədri Seymir Xəlilov.



Birinicisi, lobbiçilik nədir. Azərbaycan Sovet Ensiklopediyasında oxuyuruq: Lobbi, lobbizm ( ingilis dilində kuluar sözündən) – ABŞ qanunvericilik orqanları nəzdində iri inhisarların xeyrinə qanunvericilərə və dövlət məmurlarına təzyiq göstərən kontor və agentliklər sistemi.

Bəs Azərbaycan diasporası o səviyyəyə çatıb ki, lobbiçilik fəaliyyəti apara bilsin, yəni xarici ölkələrdə Azərbaycanın milli maraqları, eləcə də Qarabağ münaqişəsi ilə bağlı dəstək qazana, ya da təsir göstərə bilirsin ? Əvvəlcə, Avropadakı Azərbaycan diaspora nümayəndələrinin fikirlərini dinləyək.

İlk qonağım Fransanın Strasburq şəhərindən – Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyətinin sədri Mustafa Alıncadır :



Növbəti qonağım Almaniyanın Bohum şəhərindən, Azərbaycan Akademik Birliyinin sədri Mərdan Ağayevdır.



İndi isə İngiltərədən "Azərbaycan Turkləri Cəmiyyətinin" rəhbəri Shahrux Məzhərini dinləyək.



İtaliyanın Padova şəhərində təhsil alan İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının sədri Zaur Fərhadov isə bu ölkədə yaşayan azərbaycanlıların Qarabağ, və ümumiyyətlə, Azərbaycanla bağlı məsələlərə laqeyd yanaşdıqlarını deyir.



Və bugünkü Qlobusun axırıncı qonağı Birləşmiş Ştatlardandır. Seymur Xəlilov Vaşinqtonda yaşayır, Amerika-Azərbaycan Ticarət Palatasının sədridir. Gəlin Seymur bəyin lobbiçilik və Azərbaycan diasporası barədə fikirlərini dinləyək.



Bu Birləşmiş Ştatlardan Amerika-Azərbaycan Ticarət Palatasının sədri Seymur Xəlilovdur. Bu günə bu qədər.

Bugünkü Qlobusun mövzusu belə idi - Azərbaycan diasporasının indiki vəziyyəti ona lobbiçiliklə məşqul olmağa imkan verirmi və diaspora fəaliyyəti Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilirmi. Qlobusun qonaqları Fransadan, Almaniyadan, İngiltərədən, İtaliyadan və Amerikadan idilər. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG