Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:55

Qumluğa batmış gəminin biri xilas edildi


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb Yanvarın 31-də Mahaçqala şəhəri Xəzər dəniz sahilinin Çyornı Kamen ərazisində qasırğa nəticəsində qumluğa batmış Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxus “Oqtay Vəliyev” yükçəkən gəmisi xilas edilib.



Bu məlumatı fevralın 4-də səhər Mahaçqala Beynəlxalq Ticarət Limanının kapitanı Valentin Kovalenkovdan aldıq.



O bildirdi ki, yanvarın 29-da fırtınaya düşərək həmin ərazidə qumluğa girmiş “Saatlı” teploxodunu xilas etməyə gələn bu gəmini çıxarmaq üçün keçirilən əməliyyat bir neçə saat davam edib.



“Oqtay Vəliyev” Rusiyaya məxsus “Favorit” gəmisinin köməyiylə dənizə çıxarılıb.



“Saatlı” teploxodunun taleyinə gəldikdə isə, Valentin Kovalenkov deyir:



“Sahildə dənizin dərinliyi 3 metrdir. “Saatlı” teploxodu isə 5 metr dərinliyində quma batıb. Xüsusi qurğuların köməyiylə dənizin ətrafındakı qumluğa su vurmaq və onu dənizə çəkmək üçün qarşısında kanal açılmalıdır. Kəskin hava şəraitini nəzərə alsaq, bu iş bir neçə gün davam edəcək”.
XS
SM
MD
LG