Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:10

“Binə” yarmarkasında 800-dən çox mağaza yanıb


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb “Binə” Ticarət Yarmarkasında gecə saat 3-də başlayan yanğın günün ikinci yarısında söndürülüb.



Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, 15 min kvadratmetr ərazi yanıb. Günorta saatlarında da qatı duman ərazidən çəkilməmişdi, adda-budda kiçik yanğınlar qalmaqdaydı.



Ərazidə işləyənlərin sözlərinə görə, yanğın topdansatış bazarındakı 800-dən artıq mağazanı tamamilə sıradan çıxarıb. Dükan sahibləri dəyən ziyanın böyük olduğunu deyirlər.



Yanğının baş vermə səbəbləri müəyyənləşməyib. İlkin versiya kimi elektrik naqillərində qısa qapanma göstərilir. Dükan sahiblərindən bəziləri isə yanğının qəsdən törədildiyi qənaətindədir.



Yanğından Mühafizə Xidmətinin rəis müavini Azad Səmədovun verdiyi məlumata görə, yanğının söndürülməsinə 100 nəfər yanğınsöndürən və 40 maşın cəlb edilib. Saat 10.30-da yanğının böyük hissəsi söndürülüb. Yanğınsöndürmə xidmətinin 1 əməkdaşı xəsarət alıb, tələfat yoxdur.



Bundan əvvəl də bu ərazidə bir neçə dəfə güclü yanğın baş vermişdi.



Ötən il ticarət mərkəzinin yanında yerləşən “Sədərək” yarmarkasında da güclü yanğın olmuşdu. Həmin vaxt min kvadratmetr ərazi yanmışdı.
XS
SM
MD
LG