Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

»Tbilisi şok içində»


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb "Üç nöqtə" qəzeti "Tbilisi şok içində" başlıqlı məqalədə Gürcüstanın baş nazir Zurab Jvaniyanın ölümündən bəhs edir.



»Azadlıq» qəzetindəki »ABŞ-dan iqtidara növbəti xəbərdarlıq» başlıqlı yazıda Dövlət Departamenti mətbuat katibinin müavini Adam Erelinin fikirlərinə yer ayrılıb.



Gürcüstanlı həmkarı ilə söhbətdə prezident İlham Əliyev Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsində Zurab Jvaniyanın böyük xidməti olub deyib. Bu haqda »Yeni Azərbaycan» qəzeti məqalə dərc edib.



»Azərbaycan» qəzeti isə yazır ki, Zurab Jvaniyanın faciəli vəfatı münasibətilə prezident İlham Əliyev onun ailəsi və Gürcüstan hökumətinə başsağlığı verib.



»525-ci qəzet» yazır ki, ATƏT-in monitorinq qrupu Ağdamda olub.



»Bakı Xəbər»in məlumatına görə, Vaşinqton Əliyevlər rejimi ilə yanaşı rəsmi Daşkəndi də insan haqlarını ciddi şəkildə pozmaqda ittiham edib.



»İran təcavüzkar dövlətdir» başlıqlı məqalə »Xalq Cəbhəsi» qəzetində yer alıb.



»Yeni Müsavat» qəzeti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu rəhbərinin Bakıya səfərini şərh edib.



»“Məxməri inqilabın” atası öldü» başlıqlı məqalədə »Zerkalo» qəzeti bu hadisələrin Azərbaycandakı vəziyyətə təsir edib-etməyəcəyinə aydınlıq gətirir.



»Baş nazir Jvaniya və Raul Yusupov nədən ölüb?» sərlövhəli məqalədə »Exo» qəzeti bəzi versiyalar irəli sürür.



»Ayna» qəzeti isə yazır ki, NATO Azərbaycanın müdafiə sektoruna yardım ayırmayacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG