Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:23

Basayev yeni Beslanla hədələyir


Səs: Real audio
İran və Çin Ukraynadan raket alıb --“Assoşeyted Press”



Rəsmən elan olunduğu kimi, Gürcüstanın baş naziri Zurab Jvanıya qızdırıcı cihazdan qaz sızması nəticəsində ölüb.



Gürcüstanda bir çox evlərdə mərkəzi istilik sistemi yoxdur, ona görə də insanlar ya qızdırıcılardan, ya da odun sobalarından istifadə edirlər.



Təcrübəli siyasətçi olan Jvaniya 2003-cü ilin noyabrında seçki saxtakarlığına qarşı aksiyaların təşkilində mühüm rol oynayıb.



Saakaşvili kimi Jvaniya da vaxtilə keçmiş prezident Şevardnadzenin müttəfiqi olub. Amma coşğun Saakaşvilidən fərqli olaraq, o, qarşıdurma deyil, barışığa can atan daha mötədil siyasətçi kimi tanınırdı.



--“Tayms”



Beslanda orta məktəbin tutulmasının təşkilatçısı olan Şamil Basayev 330 uşağın ölümündən təəssüflənsə də, buna bənzər hücumları davam etdirməyi planlaşdırır.



Britaniyanın “4-cü kanal”ına müsahibəsində o, baş verənlərdən sarsıntı keçirdiyini deyir, amma qanlı qətliamda Rusiyanı günahlandırır.



Basayev deyir ki, Rusiya hökumətinin uşaqların ölümünə razı olacağını düşünmürdüm. “Amma indi bərk yanıldığımı başa düşmüşəm”.



Basayevin sözlərinə görə, o, əvvəlcə Moskva və Sankt-Peterburqdakı məktəbləri tutmağı planlaşdırırmış. Ancaq vəsait çatışmazlığı ucbatından Şimali Osetiya üzərində dayanıb.



--“Faynenşl Tayms”



Ukrayna xüsusi xidmətlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, İran və Çin Ukraynadan nüvə başlığı daşımaq iqtidarında olan uzaqmənzilli raketlər alıb.



Ali Radanın deputatı Qriqori Omelçenko çərşənbə günü deyib ki, Ukrayna Təhlükəsizlik Xidməti 1999-2001-ci illərdə ölkədən qanunsuz olaraq “hava-yer” tipli on iki X-55 raketin çıxarıldığını müəyyən edib. Deputatın sözlərinə görə, onlardan altısı İrana, o qədəri də Çinə satılıb.



İdarəolunan X-55 raketinin təsir dairəsi 3 min km-dir. Bu da İran ərazisindən İsraildəki hədəfləri məhv etməyə imkan verir.
XS
SM
MD
LG