Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

ATƏT-in hesabatının açıqlanması niyə yubadılır?


Səs: Real audio
Yeltsin araqdan imtina edib Müsavat başqanı İsa Qəmbər deyir ki, onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohalla görüşdə hesabatın gecikməsinin səbəbləriylə maraqlanıblar.



İsa Qəmbərin sözlərinə görə, həmin görüşdən sonra onlarda belə bir təəsürat yaranıb ki, hesabat səfərin yekununda açıqlanacaq. Müsavat başqanı həmçinin cənab Ştrohalın verdiyi məlumatlar əsasində belə nəticəyə gəlib ki, hesabatda bütün problemlər öz əksini tapıb. Yəni, həm məhkəmənin birtərəfliliyi, həm də həbslər zamanı yol verilən işgəncələr. İsa Qəmbər ehtimal edir ki, hesabat sərt olduğundan gecikdirilir. Ancaq Seçki Məhbuslarının Hüquqlarını Müdafiə Komətəsinin rəhbəri Vaqif Hacıbəyli isə Kristian Ştrohalla görüşdən bir qədər bədbin ayrılıb. Onun qənatinə görə isə hesabat bir müddət də yuvana bilər.



Vaqif Hacıbəylənin sözlərinə görə, ATƏT-in Demokraktik Təsisatlar və İnsan Haqları bürosuna Azərbaycan hakimiyyətindən təzyiqlər var. Ona görə də hələ ki, hesabatın açıqlanması gecikdirilir.



Kristian Ştrohalla müxalifət partiyalarının təmsilçilərinin görüşündə ATƏT-in hələ iki il əvvəl Azərbaycan hakimiyyətinə göndərdiyi 26 tövsiyyəyə də toxunulub. Hər halda Müsavat başqanı İsa Qəmbərin sözlərinə görə onlar indiyə qədər tövsiyyələrdən birinin birin belə yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırıblar.



Azərbaycan Xalq Cəbhəsi partiyası “islahatçılar” tərəfində Ali Məclisin sədri Qulamhüseyin Əlibəyli isə deyir ki, Kristian Ştrohalla görüşdə hakimiyyət müxalifət daloquna da toxunulub. Onlar qeyd ediblər ki, hakimiyyət müxalifət dialoqu konkret bir məsələ ətrafında başa tuta bilər. Məsələn Qarabağ, seçki məcəlləsinin dəyişdirilməsi və ya siyasi məhbusların buraxılması ilə bağlı məsələlər müzakirə edilə bilər. Ancaq ümumilikdə bu mümkün deyil.

Prezdent Aparatında ictimai-siyasi şöbənin müdrü Əli Həsənov isə dialoq haqda deyilənlərə o qədər də nikbin baxmır. Onun sözlərinə görə, istər mərhum prezident Heydər Əliyev, istərsə də indiki prezident İlham Əliyev dəfələrlə müxalifəti konusturuktiv daloqa çağırsa da, bu baş tutmayıb.Onun sözlərinə görə, müxalifət beynəxdalq qurumlarla görüşlərdə bu barədə danışsalar da bir qayda olaraq hakimiyyət ambisiyalarından əl çəkmirlər.

Əli Həsənov təvsüyyələrlə bağlı deyilənləri də qəbul etmir. Prezident aparatının sözçüsü qeyd edir ki, hakimiyyət o tövsiyələrdən nə mümkündürsə yerinə yetirib.



Hesabata gəldikdə isə ictimai-siyasi şöbənin müdrü hələ ki, gözləməyi məsələhət bilir. Əli Həsənovun sözlərinə görə hesabat hakimiyyət orqanlarına təqdim edildikdən sonra onun haqqında fikir bildirmək olar.
XS
SM
MD
LG