Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:38

Somalidə girovluqdan azad edilən Azərbaycan vətəndaşı Keniyaya gedib


Somalidə girovluqdan azad edilən Azərbaycan vətəndaşı Mirağa Babayev və BMT-nin digər üç əməkdaşı hazırda Keniyaya yola düşüblər.

Bu barədə «Azadlıq» radiosuna BMT-nin Somalidəki missiyasının sözçüsü Daun Elizabet Blalok deyib. Onun sözlərinə görə, Babayevə əsirlikdə heç bir xəsarət yetirilməyib. Blalok deyib ki, Bağırov əsirlikdəykən BMT-nin Somali ofisi onun ailəsi ilə daim təmasda olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Mirağa Babayev Somalinin Baydoa şəhərində BMT-nin humanitar missiyasına rəhbərlik edirdi. O, Vəcid məntəqəsindən yerli aerodroma gedərkən silahlıların basqınına məruz qalıb və girov götürülüb. Onunla birgə qanalı həmkarı, eləcə də Dünya Qida Proqramının Somali və Fransa vətəndaşları olan iki əməkdaşı girov düşmüşdü.

Martın 16-da 9.30-da BMT-nin gərgin danışıqlarından sonra girovların dördü də azad edilib.

Bu il Somalidə BMT üçün çalışan iki nəfər öldürülüb. Rəsmi məlumatlara görə, təkcə ötən 2008-ci ildə Somalidə BMT-nin humanitar yardım proqramlarında çalışan 35 nəfər öldürülüb, 26-sı isə hələ də girov saxlanılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG