Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:21

AŞ PA-nın 6 üzvünün əvəzinə Bakıya 4-ü gəlib


Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) gözlənilən 6 üzvünün əvəzinə Bakıya 4-ü gəlib. Assambleyanın Bakıda olan üzvlərini müşayiət edən AŞ PA katibliyinin üzvü Yan de Buye «Azadlıq» radiosuna deyib ki, deputatlardan biri xəstələnib, o birinin isə səfərini maliyyələşdirməyə ölkəsinin iqtisadi böhran üzündən pulu çatmayıb. Belə ki, bu səfərin xərclərini Avropa Şurası deyil, hər deputatın öz ölkəsinin parlamenti ödəyir.

Yan de Buye deyib ki, onlar Bakıya Büronun qərarı ilə gəliblər. Qərar isə bundan ibarət olub ki, AŞ PA-nın bir neçə üzvü referendum zamanı Bakıda olsun. Buye deyib ki, deputatlar ümumi vəziyyəti müşahidə edəcək və bir neçə məntəqədə olacaqlar ki, referendumun həqiqətən də xalqın səsverməsi olub-olmadığını görsünlər.

Buye onu da deyib ki, bu cür müşahidə başqa ölkədə olmayıb.
XS
SM
MD
LG