Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Gələn həftə NATO-nun Qafqaz üzrə nümayəndəliyi açılacaq


Səs: Real audio
Yeltsin araqdan imtina edib Bakıda “İqtisadiyyat, Təhlükəsizlik və Müdafiə” mövzusunda keçirilən ikigünlük seminarda Avroatlantika blokuna qoşulmağın əsas yollarından birinin də regional sabitlikdən keçdiyi vurğulanıb. Bu məqsədlə gələn həftə Tbilisidə NATO-nun Qafqaz bölgəsi üzrə nümayəndəliyi açılacaq.



Seminar iştirakçısı – NATO baş katibinin müavini Patrik Hardoin gələn həftə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi Bob Simonsun danışıqlar aparmaq üçün Bakıya gələcəyini deyir. Cənab Hardoinin sözlərinə görə, NATO artıq eyni zamanda həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinə diqqət ayırmağa başlayıb.



Seminar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli də müzakirə olundu. NATO nümayəndələri alyansın birbaşa bu işdə iştirak etmədiyini dedilər. Lakin hər iki münaqişə tərəfinin qəbul edəcəyi həll variantı olsa, alyans razılaşmanı alqışlayacaq.
XS
SM
MD
LG