Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:48

ATƏT-in hazırladığı hesabatın ictimaiyyətə açıqlanacağı sual altındadır


Səs: Real audio
Yeltsin araqdan imtina edib ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohal Azərbaycandadır.



Onun Azərbaycan məhkəmələrinin vəziyyəti, o cümlədən ötən il prezident seçkilərindən sonra baş verən hadisələrlə bağlı aparılan məhkəmələr haqqında qurumun hazırladığı hesabatı açıqlamaq üçün gəldiyi bildirilirdi.



Amma ATƏT-in Bakı bürosunun əməkdaşı Ülvi Axundlu bizimlə söhbətdə dedi ki, həmin sənədin harada və nə vaxt açıqlanacağı hələlik məlum deyil. O istisna etmir ki, sənəd ümumiyyətlə açıqlanmaya da bilər.



Müsavat başqanı İsa Qəmbər isə Kristian Ştrohalla görüşdə həmin hesabatın açıqlanmasının gecikdirilməsinə etirazını bildirib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri həmin sənədin hökumət və müxalifət nümayəndələri ilə görüşdən sonra ictimaiyyətin diqqətinə çatdıralacağını deyib. Cənab Qəmbər isə Kristian Ştrohalın izahatının onu qane etmədiyini söyləyir.



Amma bununla belə, Müsavat başqanı hesab edir ki, yeddi müxalifət fəalının məhkəməsi ilə bağlı hesabatın indiyə kimi açıqlanmaması onun obyektivliyindən xəbər verir. Elə buna görə də ATƏT əməkdaşları bu sənədlə ehtiyatla davranırlar.



Kristian Ştrohalın fevralın 3-də Bakıda müxalifət rəhbərləri, hüquq müdafiəçiləri, eləcə də daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov və xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevlə keçirdiyi görüşlərdə də başlıca müzakirə mövzusu hesabat olub.



Demokratiyanın İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Fondunun prezidenti Murad Saddədinov deyir ki, hüquq müdafiəçiləri seçki məhbuslarının qeyd-şərtsiz azad olunmasını istəyiblər.



Rəsmilərlə görüşlərdə isə cənab Ştrohal hesabatda əksini tapmış nöqsanlar haqda müşahidə və tövsiyələrini bölüşüb.



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştrohalın səfərin sonuncu günündə - fevralın 4-də Ali Məhkəmənin sədri Gülzar Rzayeva, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Milli Məclisin sədri Murtuz Ələsgərov və prezident İlham Əliyevlə görüşü planlaşdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG