Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:30

Müstəqil hüquqşünaslar Məhkəmə-Hüquq Şurası haqqındakı qanunu antidemokratik sayırlar


Səs: Real audio
Yeltsin araqdan imtina edib Bu günlərdə prezidentin imzaladığı Məhkəmə-Hüquq Şurası haqqında qanun məhkəmə sisteminin təşkiliylə məşğul olacaq. Bura hakim vəzifələrinə namizədlərin seçilməsi, hakimlərin fəaliyyətinə qiymət verilməsi daxildir. Şura üzvləri hakimlərin iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilmələriylə də məşğul olacaqlar. Qanunda göstərilir ki, Məhkəmə-Hüquq Şurası fəaliyyətini müstəqillik, qanunçuluq, obyektivlik əsasında qurur. Müstəqiliklə bağlı başqa bir maddədə isə göstərilir ki, şura təşkilatı, maliyyə və başqa cəhətdən icra, məhkəmə hakimiyyəti , yerli özünüidarə oranlarından asılı deyil.

Qanun hüquq ictimaiyyəti arasında birmənalı qarşılanmayıb. Azərbaycan Hüqüqşünaslar Forumu qanunla bağlı bəyanat verib. Onlar deyirlər ki, qanunda ziddiyyətlər var. Məsələn, bir tərəfdən Məhkəmə Hüquq Şurasının müstəqil qurum olduğu göstərilir, digər tərəfdən onun dövlət büdcəsindən maliyyələşdiyi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələrdən də maliyyələşə biləcəyi göstərilir. Hüqunşunaslar Forumunun həmsədri Ənnağı Hacıbəyli bildirir ki, müstəqilliyə şübhəylə yanaşmağa əsas verən həm də şuranın tərkibidir. 15 nəfərdən ibarət tərkibə hakimlər, icra, qanunvericilik, prokurorluq orqanları və Vəkillər Kollegiyasının nümayəndələri daxildir. Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının rəhbəri və Ali Məhkəmənin sədri də vəzifəyə görə Məhkəmə-Hüquq Şurasının üzvləri sayılırlar.

Qanun layihəsi Milli Məclisdə müzakirə olunanda da bunun hakimlərin asılılığına şərait yaradacağı haqqında fikirlər səslənmişdi. Millət vəkili Əliməmməd Nuriyev qanundakı bu və başqa məqamlar haqqında deyir ki, hakimlərin icra hakimiyyətindən asılı fəaliyyət göstərməyəcəyi inandırıcı görünmür.



Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar da məhkəmə islahatlarının təkmilləşdirilməsində maraqlı olduqlarını bildiriblər. ATƏT-in Bakı ofisi hakim seçkilərinin, bütövlükdə məhkəmə-hüquq sahəsində islahatların həyata keçirilməsiylə bağlı Azərbaycan höküməti ilə danışıqlar aparacağını deyib. Məhkəmə-Hüquq Şurası haqqındakı qanunun demokratik prinsiplərə cavab vermədiyini bildirən Hüquqşünaslar Forumu ATƏT-in Bakı ofisiylə birlikdə gələn həftə qanunu geniş müzakirəyə çıxarmağı planlaşdırır.
XS
SM
MD
LG