Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

“Kəlbəcərdə qeyri-qanuni məskunlaşma faktı təsdiqləndi”


Səs: Real audio
Yeltsin araqdan imtina edib »Yeni Azərbaycan» qəzeti ABŞ-ın dövlət katibi Kondaliza Raysın Dağlıq Qarabağla bağlı bəyanatını şərh edir.



“Pora” lideri Vladislav Kaskiv deyir ki, region ölkələrində gənclər təşkilatlarının qarşısının alınması cəhdləri uğursuzluqla nəticələnəcək. Bu barədə »Azadlıq» qəzeti ətraflı yazır.



Kəlbəcərdə qeyri-qanuni məskunlaşma faktı təsdiqləndi. »Üç nöqtə» qəzeti bu barədə məqalə dərc edib.



»525-ci qəzet» yazır ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov Azərbaycanla Rusiya arasında həll edilməmiş problem yoxdur deyib.



“Lavrov niyə gəlmişdi və İlham Əliyev niyə gedir?” başlıqlı məqalə ilə »Bakı Xəbər» qəzetində tanış olmaq mümkündür.



Fərhad Əliyevin fəaliyyətinin araşdırılması üçün Sosial Ədalət partiyasının sədri Mətləb Mütəllimli prezidentə müraciət edib. Bu haqda »Xalq Cəbhəsi» qəzeti yazır.



Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Serqey Lavrovu qəbul edib. Bu barədə »Azərbaycan» qəzeti geniş məlumata yer ayırır.



»İlham Əliyev yenə Moskvaya gedir». Başlıqlı yazını »Yeni Müsavat»da oxuya bilərsiniz.



»MDB-də rəngli inqilablar mövsümü» başlıqlı yazıda »Ayna» qəzeti yazır ki, Vaşinqton postsovet respublikalarında Rusiyameylli rejimlərin dəyişdirilməsinə hazırlaşır.



Çexiyanın səfiri bildirib ki, onlar Azərbaycanda həbsdə olan Saday Nəzərovun hüquqlarını müdafiə edəcəklər. Bu mövzuya “Exo” qəzeti toxunub.
XS
SM
MD
LG