Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:06

BMT-nin Yuqoslaviya tribunalı serb liderin cəzasını azaltdı


Martın 17-də BMT-nin keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalı Bosniyalı serb siyasətçi Momcilo Krayisnikin cəzasını 20 ilə endirib.

Müharibə dövründə Bosniya Serb parlamentinin spikeri olan Krayisnik serb lider Radovan Karaciçlə birgə etnik təmizləmə siyasətinə əmr verməkdə ittiham olunurdu. BMT tirbunalı daha öncə Krayisniki insanlıq əleyhinə cinayətlərdə günahkar bilib, 27 il həbs cəzası vermişdi. Bugünkü məhkəmə prosesində Krayisnikin cəzası azaldılıb.

1990-cı illərdə Karaciçin rəhbərlik elədiyi Bosniya serbləri minlərlə xorvat və müsəlmanın soyqırımında günahkar bilinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG