Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:46

Qarabağ münaqişəsinin həllində irəliləyiş ola bilərmi?


Səs: Real audio
Yeltsin araqdan imtina edib Dağlıq Qarabağla bağlı istər Amerika Birləşmiş Ştatları, istər regiondakı dövlətlər və ya Qafqazda maraqları olan beynəlxalq qurumların mövqeyində son zamanlar bir canlanma hiss edilir. İran, Avropa Şurası, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin açıqlamaları Azərbaycanda iqtidar və iqtidaryönlü politoloqlar tərəfindən qələbə kimi qiymətləndirilir. Amerika Dövlət Departamentinin sözügedən bəyənatından sonra siyasi qələbə ab-havası daha da artıb.



Amma Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov, və eks-prezident Heydər Əliyevin katibliyinin rəhbəri Eldar Namazov Amerikanın mövqeyində hər hansı köklü dəyişikliyin baş vermədiyini düşünür.



Politoloq Rasim Musabəyovsa əlavə eləyir ki, Amerika Dövlət Departamentinin verdiyi birinci bəyənatda və Elizabet Consun açıqlamalarında söhbət təkcə Dağlıq Qarabağdan getmirdi, həm də Dnestryanı və Abxasiyayla Osetiya münaqişələrinə də toxunulurdu. Və bu bəyənatlarla Amerika Rusiyaya mesaj göndərir.



Rasim Musabəyovun dediklərini Amerikanın Azərbaycandakı səfiri Rino Harnişin bu yaxınlarda verdiyi açıqlamalar da təsdiqləyir. Cənab Harniş Rusiyanın post-sovet məkanındakı konfliktlərin həllində rolunun danılmaz olduğunu bildirmişdi və bu üzdən öz ölkəsinin Rusiyanı problemlərin həllində müsbət rol oynamağa çağırdığını demişdi. Amerika tərəfinin postsovet məkanındakı konfliktlərlə, xüsusən də Dağlıq Qarabağ məsələsiylə bağlı son zamanlar daha tez-tez bəyanat verməsini Rasim Musabəyov başqa səbəblə də bağlayır.



Amerikanın Azərbaycandakı səfiri Rino Harniş Rusiya və Amerika prezidentlərinin bu yaxınlarda keçirəcəkləri görüşdə Dağlıq Qarabağ məsələsinin də müzakirə ediləcəyini bildirmişdi. Və son 10 gündə, Ermənistanda Rusiyanın da Azərbaycanın mövqeyini müdafiə etmək ehtimallarının olduğu və bunda Koçaryan iqtidarının günahkar olduğunu idiia edən siyasətçilərin sayı artıb. Rasim Musabəyovun fikrincə Amerika və Rusiya özlərinin geopolitik maraqlarından ötrü Qarabağ məsələsini həll eləmək üçün Ermənistan tərəfinə təzqiylər edə bilər. Çünki Ermənistandakıl əvvəlki iqtidarlardan fərqli olaraq Koçaryan hökuməti münaqişənin həllini uzatmaqla məşğuldur.



Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov yaxın aylarda Ermənistan rəhbərliyinin daha ciddi təzyiqlərlə üzləşə biləcəyinə inanır.



Eldar Namazov isə, hər hansı təzyiqlər yolu ilə Ermənistanın güzəştə gedəcəyi, yaxud da hakimiyyət dəyişikliyi olması ehtimalıyla razılaşmır. Onun fikrincə, əksinə həm Azərbaycan, həm də Ermənistandakı iqtidarlar Qarabağ kartından daxili siyasi məqsədlər üçün istifadə edirlər. Və Qarabağ münaqişəsinin həlliylə bağlı istənilən geri çəkilmə hakimiyyətlərin laxlaması ilə nəticələnə bilər.
XS
SM
MD
LG