Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:46

“Məshədovlar klanının oğurlanması”


Səs: Real audio
Yeltsin araqdan imtina edib --“Uolt Strit Cournal”



Kreml Ukraynada prezident seçkisinə uğursuz müdaxiləsindən sonra aldığı “yaralarını təmizləyir”. Eyni zamanda digər keçmiş Sovet respublikalarında möhkəmlənmək siyasətini davam etdirir. Bu da Qərblə yeni qarşıdurmaya səbəb ola bilər.



Moskvalı politoloq Vyaçeslav Nikonov deyir ki, “Rusiya daha fəal oyun oynamaq niyyətindədir”.



Rusiyapərəst namizədin uduzduğu Ukrayna böhranından iki həftə sonra Putin Qazaxıstan və Qırğızıstandakı iki yaxın müttəfiqi ilə görüşüb. Qərb hər iki ölkəni demokratiya prinsiplərindən uzaqlaşmaqda günahlandırır və hər iki ölkədə seçkilər yaxınlaşır.



Brukinqs İnstitututndan Fiona Hill deyir ki, “Putin son vaxtlar baş verənlərdən narahatlıq keçirən digər liderlərlə birləşməyə çalışır”.



Rusiyalı analitiklərin fikrincə, Qərb Ukraynadakı hadisələrdən sonra Rusiyanın post-Sovet məkanında ambisiyalarını cilovlayacağına bel bağlamamalıdır.



--“Süddoyçe Tsaytunq”



Rusiya hakimiyyəti çeçen separatçılarının lideri Aslan Məshədovun bir neçə qohumunun yoxa çıxması faktını təsdiqləyib.



Ola bilsin, Rusiya hərbçilərinin artıq çoxdandır tapa bilmədikləri Məshədova bu yolla təzyiq göstərilir.



Artıq bir neçə ildir insan oğurluğu Çeçenistanda gündəlik işə çevrilib. Rəsmi məlumatlara görə, 2003-cü ildə 404, keçən il 168, bu ilin əvvəlindən isə 16 nəfər yoxa çıxıb.



Rusiya daxili işlər nazirinin müavini Arkadiy Yedelevin etirafına görə, insan oğurluğunda “hüquq-mühafizə orqanlarının bəzi rəhbər işçiləri və hərbçilərin” də əli var.



--“Şpigel”



Bu gün keçmiş Rusiya prezidenti Boris Yeltsinin 74 yaşı tamam olur.



Beş il əvvəl prezidentlik kreslosuna xələfi Vladimir Putini oturdaraq siyasətdən gedən Yeltsini indi yalnız şəxsi həyatından sensasion xəbərlər xatırladır.



Bu yaxınlarda yayılan məluamata görə, 1990-cı ildə o, sərxoş vəziyyətdə xidməti maşınıyla motosikletçini vurub öldürüb. Hər halda, onun keçmiş cangüdəni öz memuarlarında belə deyir.



Yeltsin dövründə dövlət katibi işləmiş Gennadi Burbulis isə keçmiş şefi haqda ancaq yaxşı fikirdədir.



Onun xatırlamasına görə, Kreml sarayında son çıxışı zamanı Yeltsin özünü nümunəvi aparıb. Çekistlər gününə həsr olunmuş konsertdən sonra “bir damla da olsun araq içməyib”.



Amma Burbulis deyir ki, alkoqoldan sui-istifadə və səhhəti ilə bağlı problemlərə baxmayaraq, Yeltsin fenomenal yaddaşa malik idi. “O, heç nəyi yaddan çıxarmırdı”.
XS
SM
MD
LG