Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:25

Qırqızstanda parlament seçkiləri kampaniyası başladı


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Qırqızstanın Mərkəzi Seçki Komissiyasının sədri Süleyman İmanbayev jurnalistləri inandırıb ki, parlament seçkiləri şəffaf və ədalətli keçiriləcək. "Bu seçkilərin əsas xüsusiyyəti ondadır ki, bunlar yeni qanunvericiliyə uyğun keçiriləcək. Həmin qanunvericilik cəmiyyətdə siyasi partiyaların rolunun artmasına və səsvermənin şəffaflığını və düzgünlüyünü təmin edən seçki prosedurlarından istifadə edilməsinə yönəlibdir".



BMT İnkişaf Proqramının Bişkəkdəki nümayəndəsi

Oskar Lehner vurğulayıb ki, seçki günündən qabaq seçki məntəqələrində seçici siyahıları yoxlanılmalıdır.

"Vətəndaşın təkcə onun adının seçici siyahısında olub- olmadığını deyil, siyahıda olmamalı olan adamların adlarının olmasını yoxlamaq hüququ var. Və əgər belə hallar varsa, bu adlar pozulmalıdır. Beynəlxalq standartlara görə, seçici siyahıları ictimaiyyət üçün seçki məntəqələrində asılmalıdır".



Bu həftənin əvvəlində Qırqızstanın baş naziri Nikolay Tanayev ATƏT-in müşahidəçilərinə deyib ki, əsas problem – seçici siyahılarının tərtib edilməsidir.



Ötən cümə günü seçki komissiyasının sədri Süleyman İmanbayev deyib ki, o daha çox MDB ölkələrindən olan müşahidəçilərə inanır. Qirqızstan 1991-ci ildə müstəqilliyini əldə edəndən bəri, ATƏT bu ölkədə heç bir seçkini tanımayıb. Amma MDB-dən olan müşahidəçilər əvvəlki seçkiləri bəyəniblər.



Qirqızstan rəsmiləri, o cümlədən prezident Əsgər Akayev seçki qabağı "inqilabların ixracı" ilə bağlı dəfələrlə

xəbərdarlıq ediblər.



Prezident Akayev "Nezavisimaya qazetaya" deyib ki, "məxmər inqilabı" törətmək istəyənlər anlamalıdılar ki, belə cəhdlər ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.

Yerli və beynəlxalq qeyri-hökumət təşkilatları seçkiqabağı dövrdə qanunsuzluqların olduğunu deyiblər.



"Sərhədsiz reportyorlar qrupu" müxalifət fiqurlarının gözdən salınmasına yönəlmiş kampaniyanı tənqid edib. Ötən ayın əvvəlində müxalifətın internet səhifələrinə məxsus olan e-meyl ünvanlarından müxalifət liderlərini nüfuzdan salan mesajlar göndərilib. "Sərhədsiz reportyorlar qrupu" bununla bağlı Qırqızstan hökumətini araşdırma aparmağa çağırıb.

İki müxalifət lideri və üç diplomat – son beş il ərzində ölkədə daimi yaşamadıqları üçün , onların namizədlikləri qeydə alınmayıb.

Ötən həftə paytaxtda icazəsiz etiraz aksiyaları təşkil etməkdə ittiham olunan üç müxalifət lideri cərimə edilib.
XS
SM
MD
LG