Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:05

İranın eks-prezidenti Xatəmi prezidentlik yarışından geri çəkildi


İranın keçmiş prezidenti Məhəmməd Xatəmi iyunun 12-də keçiriləcək prezident seçkilərində iştirak eləməyəcəyini bildirib. Öz inetrnet saytı vasitəsiylə açıqlama verən Məhəmməd Xatəmi tərəfdarlarını keçmiş xarici işlər naziri Mir Hüsseyn Musəvini dəstəkləməyə çağırıb.

Hər iki namizədin platformaları arasında oxşar cəhətlər çox idi. Müşahidəçilərin fikrincə, bu, islahatçılara veriləcək səslərin bölünməsinə səbəb ola bilərdi.

İrandakı mühavizəkarlar yeni seçkidə də indiki prezident Mahmud Əhmədi Nejatın namizədliyini irəli sürüblər.

65 yaşlı Məhəmməd Xatəmi 1997-2005-ci illərdə İran prezidenti olmuşdu və bir sıra islahatlar həyata keçirmişdi.
XS
SM
MD
LG