Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:28

Sergey Lavrov Rusiyanın Qarabağ münaqişəsinin nizamlanmasında fəal olduğunu deyir


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Rusiyanın xarici işlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Elmar Məmmədyarov Rusiya və Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərini və Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdiklərini söylədilər.



Cənab Lavrov bildirdi ki, Rusiya ATƏT-in digər həmsədrləri ilə birgə Azərbaycanla Ermənistan arasında razılığın əldə olunmasına çalışır.



ABŞ Dövlət Departamentinin nümayəndəsi Elizabet Consun Rusiyanın Qarabağ münaqişənin həllində kifayət qədər fəal rol oynamaması barədə suala cavabında Sergey Lavrov bu cür fikirlərlə razılaşmadığını dedi.



«Belə bəyanat eşitməmişəm. Ancaq deyə bilərəm ki, Rusiya Qarabağ münaqişəsinin nizamlanmasında fəal rol oynayır. Son 2-3 ayda ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov ABŞ və Fransadan olan həmkarları ilə birgə Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəal iş aparır. Rusiyanın passiv olduğunu eşitmək mənə qəribə görünür».



Görüşdə ticarət-iqtisadi əlaqələrin inkişafı məsələsi də müzakirə olunub. Xəzər məsələsinə gəldikdə isə, cənab Lavrov bildirdi ki, bütün məsələlər beş Xəzəryanı dövlət çərçivəsində tənzimlənməlidir.



Azərbaycanla NATO arasında əməkdaşlıq münasibətləri barədə suala cavabında Lavrov dedi ki, «Azərbaycan suveren dövlətdir və istənilən suveren dövlət xarici isiyasət tərəfdaşlarını özu seçir».



Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iki dövlət arasındakı əlaqələrin son illər yüksələn xətlə inkişaf etdiyini dedi.



«Son illər iki dövlət arasında əlaqələr stabil və intensiv inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. Azərbaycan-Rusiya münasibətlərində problem yoxdur, bir sıra məsələlər var ki, dialoq zamanı həllini tapır».



Fevralın 16-da iki ölkə prezidenti Moskvada 2005-ci ili Azərbaycan ili elan edəcək. Cənab Lavrova görə, Rusiyada Azərbaycan ili çərçivəsində tədbirlər planı hər iki ölkə əhalisinin maraqlarını əks etdirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG