Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:32

NATO Azərbaycanla əməkdaşlığa üstünlük verir


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox «Araşdırmalara görə, Gürcüstan və Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Ona görə də NATO regionda ilk növbədə bu iki ölkə ilə əməkdaşlığa üstünlük verir».



Bunu NATO baş katibinin müavini Patrik Hardoin fevralın 2-də Bakıda iqtisadiyyat, təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunan seminarda deyib. Patrik Hardoin qeyd edib ki, ümumilikdə, inkişaf üçün iqtisadi və siyasi islahatlarla yanaşı şəffaflıq da başlıca şərtdir.



“Sosial-iqtisadi və siyasi inkişaf cəmiyyətin inkişafını təmin edir. Bu da öz növbəsində şəffaflığın olmasını tələb edir ki, əhali bütün sahələrdə öz istəklərini gerçəkləşdirə bilsin”.



Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov isə bildirib ki, neft starategiyası xarici siyasət kursunun göstəricisidir. Əslində, Bakı-Tbilisi-Ceyhan Azərbaycanın Avroatlantik məkanla əməkdaşlığının onurğa sütunudur.



”Neft siyasəti Azərbaycanın starteji seçimiylə çox sıx bağlıdır. Biz Avroatlantik məkana inteqrasiyadan danışanda, bunu yalnız siyasət üçün yox, real praktika üçün nəzərdə tuturuq”.



Seminarın qalan hissəsi media üçün qapalı keçib. Seminar fevralın 3-də də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG