Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:10

»ABŞ Dağlıq Qarabağı və onun hakimiyyətini tanımır»


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox »Üç nöqtə» qəzeti yazır ki, ABŞ Dövlət Departamenti Ermənistanı işğalçılıqda ittiham edib.



»525-ci qəzet» ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağla bağlı bəyanatını dərc edib.



»Yeni Azərbaycan» qəzeti fevralın 3-ü Gənclər günüylə bağlı yazı dərc edib.



“Qarabağı yalnız bir yolla qaytara bilərsiniz: bu demokratiyadır!” »Azadlıq» qəzeti yazır ki. bunu prezident İlham Əliyevə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye deyib.



»Ədliyyə Nazirliyində təmizləmələr davam etdirilir» başlıqla məqalədə »Bakı Xəbər» qəzeti yazır ki, Aydın Qasımovdan sonra nazirliyin daha iki rəhbər işçisi—baş idarənin iki cəzaçəkmə müəssisəsinin rəisləri həbs ediliblər.



»Gürcüstan və Azərbaycan ararsında hərbi qalmaqal yarana bilər» başlıqlı məqalə ilə »Zerkalo» qəzetində tanış ola bilərsiniz.



Prezident Qaçqınlar və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi haqqında əsasnaməni təsdiq edib və fevralın 11-nin vergi sistemi işçilərinin peşə bayramı günü kimi qeyd olunması haqda sərəncam imzalayıb. Bu haqda »Azərbaycan» qəzeti yazır.



»ABŞ Dağlıq Qarabağı və onun hakimiyyətini tanımır». »Xalq Cəbhəsi» bu adda məqalə dərc edib.



Müsavat başqanı İsa Qəmbərin mətbuat konfransından hazırlanan geniş yazını »Yeni Müsavat» qəzetində oxuya bilərsiniz.



»Ayna» qəzeti yazır ki, parlament seçkiləri ilə əlaqədar forum keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG