Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:19

- Mənəvi dəyərlərlə neft maraqlarının ziddiyyəti bəzən iki qoç başı dilemmasını xatırladır.<br>- Xariçi ölkələrdə iqtisadi uğurlar əldə edən Norveçin neft şirkətləri öz evində şiddətli ittihamlarla uzləşməli olur.


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Hər vaxtınız xeyr, əziz dinləyicilər.



Efirdə Azadlıq radiosu, mikrofonda Ayaz Əhmədovdur.



“Neft almanaxı” programinin növbəti buraxılışını dinləyirsiniz. Bugünkü söhbətimizin mövzusu, sözün hərfi mənasında, Nikolaydan qalma bir hadisədir: ötən əsrin əvvəllərində Bakının neft mədənlərində sahibkarlarla fəhlələr arasında bağlanan məşhur “Mazut müqaviləsi”ndən bəhs edir.



Keçən ilin noyabr-dekabr aylarında müxtəlif norveç qəzetlərində dərc olunan yüz il əvvəl Bakı mədənlərindəki hadisələr haqqındakı yazıları oxuyarkən onlarin muəllifləri ilə əlaqə saxladım. Hamısı birağızdan mənə Neft və neft-kimya işçiləri ittifaqının və Lars Anders Mihrenin adını verdilər. Məlum oldu ki, bu adam nəinki Norveçin neft tarixində, neftçilərin beynəlxalq hərəkatında da böyük rol oynayan bir şəxsiyyətdir. Mərkəzi Brüsseldə yerləşən Beynəlxalq Kimya, Enerji ve Daş kömürü mədənləri federasiyasının Enerji sektoruna başçılıq edir.



Mənimlə söhbətində Azərbaycanın neft sənayesi haqda elə tefsilatlar danışırdı ki, dövlətçilik rəmzində az qala bir əsr neft buruğunun şəklini daşıyan Azərbaycanin hər bir vətəndaşı, ağ ayıların qonşuluğunda yaşayan bu ahıl norveçlinin bildiklerine həsəd apara bilərdi.





TƏRCÜMƏ: Ötən əsrin əvvələrində dünya neft hasilatının yarıdan çoxu Bakı mədənlərində əldə olunurdu. Neft sənayesi Bakı üçün getdikcə daha çox əhəmiyyət kəsb edirdi. Baki o zamanin nəhəng iqtisadi bazarlarından birinə çevrilmişdi. Bakıdan Qara dənizdəki Batumi şəhəri vasitəsilə Avropa bazarlarına, Xəzər dənizinə tökülən çaylar vasitəsilə Rusiaynın mərkəzi vilayətlərinə, Orta ve Cənubi-Şərqi Asiyayaç habelə Irana neft məhsullari daşınırdı. Ipək yolunun düz ortasında yerləşən Bakı qədim ticarət ənənələrini bərpa edirdi.



***



Bakı fəhlələrinin tətil hərəkatından söhbət açan Lars Anders Mihre 1904-cü il dekabrın 28-də imzalanan kollektiv müqavilədən az qala bənd-bənd misallar gətirməyine davam edir. Deyir ki, müqavilənin minimum əməkhaqqı razılaşmasına əsasən, dartayçı və yağlayıcıların ayda 21 manat, ocaqçıların - 22, qazmaçıların 20 manatdan az olmayaraq aylıq maaş verilməlidir. Və ya bir bashqa misal, 17-ci maddə: iş yerləri hiqiyena sarıdan tam yararlı olmalı, otaqların havası mütəmadi olaraq təmizlənməli, qış zamanı qızdırılmalı, işıqlandırılmalı və s. Bu ve digər bəndlərin muütərəqqiliyini qeyd edən Lars Anders müqavilənin bir maddəsini xüsusi olaraq vurğulayır.



TƏRCÜMƏ: Belə baxanda, Dekabr müqaviləsinin bir sira bəndləri tezliklə Qərb ölkələrinin sənaye müəssisələrində tətbiq olunmağa başladi . Məsəln Norveçdə artıq 1919 cu ildən başlayaraq 9 saatlıq iş gününə keçid oldu. Amma maddələrin ən əhəmiyyətlisi budur: sahibakrlar öz işçiləri dura-dura yad, müvəqqəti fəhlələrin əməyindən istifadə etməməlidir. Bu problem indinin özünə qədər mövcuddur, ve Qərb sənaye şirkətləri işçilərinin ən ağrılı yeridir. Bele ki, sahibkarlar ucuz işçi qüvvəsi ardınca qaçaraq müəssisələri xaricə, kasıb ölkələrə koçürməyə can atırlar.



TƏRCÜMƏ: Başqa sənaye sahələrini deməyə çətinlik çəkirəm, amma neft sənyesinin tarixində Dekabr müqaviləsinin əhəmiyyəti cox böyukdür. Sahibkarlarla işçilər arasında kollektiv şəkildə müqavilə imzalamaq ənənəsinin başlanğıcı məhz həmin müqavilə ilə qoyulub. Səhv eləmirəmsə, bundan sonra Amerikada və bir sıra başqa ölkələrdə də cəhdlər göstərilsə də Bakıdakı uğur uzun müddət - 70-ci illərə qədər, Şimal dənizində neft istehsalı başlayana qədər təkrar olunmayıb.



***



Lars Anders Mihredən soruşuram ki, bəs, Bakı haqqında bu qədər bilirsiniz, heç o tərəflər

Günün bütün mövzuları

XS
SM
MD
LG