Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:30

Çingiz Qənizadə: «cəzaçəkmə yerlərindəki son hadisələr cinayət xarakterli əməllərdən xəbər verir


Səs: Real audio
İraqlılar azadlığa səs veriblər, demokratiyaya yox Son vaxtlar ölkənin cəzaçəkmə müəssisələrində baş verən bir sıra hadisələr – məhbusların özlərinə qəsd eləmələri, konkret intihar faktının olması, məhkəmə qərarlarının saxtalaşdırılması və məhbusların qanunsuz olaraq azadlığa buraxılması, eləcə də ədliyyə nazirinin müavini, Ədliyyə Nvazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımovun vəzifəsindən kənarlaşdırılması ictimai diqqəti bu sahəyə yönəldib. Onun həbs olunması barədə yayılan məlumatlar isə təstiqlənməyib. Ədliyyə Nazirliyi mətbuat xidmətinin fevralın 1-də yaydığı məlumatda isə artıq 2 nəfərin - 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Salman Nəcəfov və müalicə müəssisəsinin rəisi Nizami Nağıyevin həbs edildiyi bildirilir. Turan agentliyinin verdiyi bu məlumatda Baş İdarədə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi, maliyyə saxtakarlığı, vəzifədən sui - istifadə, və digər faktların aşkarlandığı, idarənin rəis müavini və bəzi rəhbər işçilərin vəzifəsindən azad edildiyi də qyed olunur.

Demokratiya və insan haqları komitəsinin sədri, penitensiar sistemdə islahatlara yardım və nəzarəti həyata keçirən ictimai şuranın üzvü Çingiz Qənizadə deyir ki, Ədliyyə Nazirliyinin məhkəmə qərarlarının icrası baş idarəsi son illər cəzaçəkmə yerlərində xeyli islahatlar aparıb. Təbii ki, konkret iş olan yerdə müəyyən çatışmazlıqlar da olur. Ancaq son hadisələr artıq çatışmamazlıqdan yox cinayət xarakterli əməllərdən xəbər verirdi. Bu cür faktlar isə Baş İdarənin rəhbərindən yan keçə bilməzdi. Çünki onun tabeçiliyində olan müəssisədə baş verənlər birbaşa rəhbərin məsuliyyəti məsələsini ortaya çıxarır.

Cənab Qənizadənin sözlərinə görə, «penitensiar sistemdə islahatlara yardım və nəzarəti həyata keçirən ictimai şuranın fevralın 1-nə təyin edlmiş iclasının təxirə salınması da yaranmış vəziyyətlə bağlıdır. Baş idarədə yoxlama getdiyi, işçilərin həbs edildiyi bir vaxtda bu iclası keçirmək məqsədəuyğun deyil».

Çingiz Qənizadənin fikrincə, yaxın günlardə Baş İdarədə olan problemlər həllini tapacaq və İctimai Şura yenidən toplanacaq.

İctimai Şuranın digər üzvü, hüquq müdafiəçisi Murad Sadəddinov isə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi Aydın Qasımovun vəzifəsindən kənarlaşdırılmasına təəccübləndiyini bildirir. O, penitensiar sistemdə baş verənlərin hamısını bir nəfərin adına bağlamağı düzgün hesab eləmir və deyir ki, sadalanan hadisələr bu sistemdə həmişə baş verib. Dövlətin buna indii reaksiya verməsi qərəzli görünür.

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin şöbə müdiri Niyazi Məmmədov isə İctimai Şuranın yığıncağının təxirə salınmasının Baş İdarədəki dəyişikliklərlə əlaqəli olması barədə bir şey deyə bilməyəcəyini söyləsə də iclasın başqa vaxta keçirilməsinin mümkün olduğunu bildirdi. Şura üzvlərinin növbəti toplantısının nə vaxta planlaşdırıldığı məsələsinə gəlincə, şöbə müdiri hələ ki, konkret vaxtın müəyyən olunmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG