Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:55

NATO baş katibinin müavini Bakıya gəlir


Səs: Real audio
“Seçkilər münasibətilə İraqı təbrik etməliyik” NATO baş katibinin təhlükəsizlik məsələləri üzrə müavini Patrik Hardoin fevralın 2-3-də Bakıda səfərdə olacaq.



Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Mətin Mirzə bildirib ki, Patrik Hardoinin səfərində əsas məqsəd iqtisadiyyat, təhlükəsizlik və müdafiə məsələləriylə bağlı seminarlar keçirməkdir. Onun sözlərinə görə, cənab Hardoinin heç bir dövlət rəsmisi ilə görüşü planlaşdırılmır.



Ancaq yerli mətbuatda NATO rəsmisinin prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparacağı bildirilir.



Azərbaycan-Atlantika Assosiasiyasından Sülhəddin Əkbər də Patrik Hardoinin Azərbaycana yalnız seminar üçün gəlmədiyini düşünür.



NATO baş katibinin müavini Bakıda olarkən Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Kişinyov və Neapoldakı tədbirlərdə iştirak edəcəklər.



Fevralın 1-dən 3-dək Azərbaycan silahlı qüvvələrinin zabitləri Moldovada və İtaliyada “Cooperative Best Effort-2005” təliminin ilkin planlaşdırma konfransına qatılacaqlar.
XS
SM
MD
LG