Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:51

«Heç bir azərbaycanlı siyasətçi Məmməd Əmin Rəsulzadə ilə müqayisə oluna bilməz»


Səs: Real audio
“Seçkilər münasibətilə İraqı təbrik etməliyik” «Şübhəsiz ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqqını tutan tərəf qalib gələcəkdir…» Bu müsəlman şərqində ilk Demokratik Cümhuriyyətin qurucusu Məmməd Əmin Rəsulzadənin 50-ci illərdə vətənə səslənişidir. Otuz illik mücadilədən, çəkdiyi məhrumiyyətlərdən, yaşadığı sarsıntılardan sonra belə inamını və ümidini itirməyən, son nəfəsində də Azərbaycan deyən Məmməd Əmin Rəsulzadənin çağırışıdır.



Təxminən həmin dövrdə, yəni qırxıncı illərdə Məmməd Əmin Rəsulzadənin Qazaxıstana sürgün olunmuş ailəsi isə üst-üstə gələn fəlakətlərlə mübarizə aparmaqda aciziydi. İlk zərbə, ilk güllə onun ilkinə – Rəsula dəymişdi. Bu dərdə çətinliklə tab gətirən, ailəsini qorumağa ciddi-cəhdlə çalışan Ümmülbanu xanım, Rəsulzadənin ömür-gün yoldaşı az sonra elə «Rəsul» deyə-deyə canını tapşırmışdı. Qızları Xavər itkin düşmüş, Semipalatinskdə qızıl mədənində işləyən Lətifə isə soyuqdan donmuşdu. Yuxudan oyanıb anasının da, bacısının da soyuqdan donduğunu görən Firuzəni isə daha böyük çətinliklər gözləyirdi. «Anamı da, bacımı da bir gecədə itirdim. Kimdən kömək istəyirdim deyirdi ki, sən xalq düşmənisən…» Bu Firuzə xanımın yaddaşında qalanlardı. Rəis Rəsulzadə – Məmməd Əmin Rəsulzadənin nəvəsi isə həmin hekayətə bunları əlavə edir: «Firuzə bir parça çörək üçün su daşıyıb, hər cür işə razılaşıb, tövlədə gecələyib. Sonradan onu uşaq evinə göndərmişdilər. Atam müharibədən qayıdandan sonra onu tapıb evə gətirmişdi….»



Amma ailəsinin yaşadıqlarını heç kimlə bölüşməyən və bu söz düşəndə «Allah xatirinə bu barədə danışmayın» deməklə kifayətlənən Məmməd Əmin Rəsulzadə yenə də işini davam etdirirdi. İnamla, ümidlə, həvəslə. Və son nəfəsində də o heç kimi yox, məhz Azərbaycanı xatırlamışdı.



Əqidədaşlarından biri Mirzəbala Məmmədzadə Məmməd Əmin Rəsulzadəni milli qurtuluş hərəkatının ideoloqu adlandırırdı. Onun adını daşıyan Fondun rəhbəri Nəsiman Yaqublu isə hesab edir ki, ötən əsrdə də, indi də, sonra da Azərbaycanı idarə edən dövlət başçıları, parlament rəhbərləri olub, olacaq. Amma onların heç biri Məmməd Əmin Rəsulzadə ilə müqayisə oluna bilməyəcək. Heç biri onun tarixdə oynadığı rolu oynaya bilməyəcək.



Həmin dövrün tədqiqatçılarından olan Nəsib Nəsibzadə isə hesab edir ki, iki əsrə yaxın Azərbaycan müstəmləkə olub və belə dövrdə Məmməd Əmin Rəsulzadə kimi nəhəng insanların əhəmiyyəti çox böyküdür. Ona görə də onu və onun əqidədaşlarını təbliğ etməkdən yorulmaq lazım deyil.



Bu Xalq Cümhuriyyəti Milli Şurasının sədrinə tədqiqatçı və tarixçilərin verdiklrəi qiymətdir. Amma bu gün Məmməd Əmin Rəsulzadəyə qısqanc münasibətdən gileylənənlər də var. Bunun üçün əsas da gətirirlər. Məsələn, mərhum prezident Heydər Əliyevin fərmanına baxmayaraq hələ də onun abidəsi ucaldılmayıb. Milli əskinasların, min manatlıqların üzərindəki şəkli neft buruqları ilə əvəzlənib. Bakı Dövlət Universitetindən adı götürülb… Məmməd Əmin Rəsulzadənin oğul nəvəsi Rəis Rəsulzadə isə Bakıda evi-mülkü olan babasının ev-muzeyinin açılmamasından narahatdır. Bu haqda fərman isə hələ on il əvvəl verilib.



Həmin dövrün tədqiqatçılarından sayılan və Bakı Dövlət Universitetinin pofessoru Şirməmməd Hüseynov isə hesab edir ki, Məmməd Əmin Rəsulzadəyə olan soyuq münasibət bəlkə də təbiidir. Və buna əhəmiyyət vermək gərəksizdir. O deyir ki, söhbət heykəldən, daşlaşmış qiymətdən getmir. Ona qalmış Stalinə də minlərlə abidə ucalmışdı. Amma o haikmiyyətdən gedən kimi həmin heykəllər də dağıdıldı. «Tarixin belə işləri də var…»



Tədqiqatçıya görə, Məmməd Əmin Rəsulzadə nəinki Azərbaycanda, bütün şərqdə ilk demokratik cümhuriyyəti

Günün bütün mövzuları

XS
SM
MD
LG