Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:12

“Pora” inqilab ixrac edəcək


Səs: Real audio
“Seçkilər münasibətilə İraqı təbrik etməliyik” --“Lö Mond”



Yanvarın 30-da keçirilən “seçkilər münasibətilə İraqı təbrik etməliyik”. Bundan əvvəl İraqda heç vaxt azad seçkilərin olmadığını unutmamalıyıq.



--“Frankfurter Rundşau”



Seçkilər nə azad, nə də ədalətli olub. Onlar fövqəladə vəziyyət və zorakılıq şəraitində keçib, televiziyalar əsasən işğalçı qüvvələrin seçdiyi namizədlərin kampaniyasını işıqlandırıblar və namizədlərin adı son anadək seçicilərdən gizli saxlanıb.



“Seçkini yalnız baş tutduğunu görə uğurlu saymaq olar”.



--“Lö Fiqaro”



Seçkilər ilk növbədə prezident Corc Buşun qələbəsidir. Terror aktlarına baxmayaraq səsvermə baş tutub, seçicilərin iştirakı isə yüksək olub. Hərçənd bir çoxları Buşu səsverməni təxirə salmaq və ya ləğv etməyə çağırırdılar.



Amma seçkilər uzun yolun ancaq başlanğıcıdır. Şiələr, kürdlər və sünnilər əvvəlcə ümumi siyasət işləyib hazırlamalıdırlar. Fransa və digər müttəfiq ölkələr isə Amerikaya İraq bataqlığından çıxmağa kömək etməlidirlər.



--“Qardian”



Lap əgər seçkilər müəyyən mənada uğurlu olubsa da, ABŞ və Böyük Britaniya ordusunun İraqdan nə vaxt çıxacağı sualı hələ də müəmmalıdır. Ən əsası isə zorakılığın nə vaxt başa çatacağı haqda dəqiq təsəvvür yoxdur.



--“Faynenşl Tayms”



Amerika senatoru Con Makkeyn İrana qarşı “gücdən istifadənin” əleyhinədir. Senator Amerikanın “iki müharibə” aparmaq istəmədiyini deyib.



Gücdən istifadəni son tədbir kimi tam istisna etməyən Makkeyn bununla belə ehtiyatlılığa çağırıb.



“Gücdən istifadənin uğur gətirəcəyini düşünmürəm, çünki, bizim bütün nüvə obyektlərini aşkarlayacağımıza zəmanət yoxdur”.



Respublikaçı Makkeyn artmaqda olan böhranın ABŞ və Avropa Birliyinin birgə diplomatik səyləriylə nizamlanacağına ümid etdiyi deyib.



--“Frans Press”



“Narıncı inqilab”ın qələbəsindən ruhlanan Ukraynanın “Pora” gənclər təşkilatı inqilabı digər keçmiş Sovet respublikalarına da ixrac etmək üçün Kiyevdə mərkəz açmaq qərarına gəlib.



“Pora” keçən ilin noyabrında Kiyevdə dinc etiraz aksiyalarının əsas təşkilatçılarından biri olub. Təşkilatın paytaxtın mərkəzində qurduğu çadır şəhərciyi Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və digər ölklərin demokratik fəallarıyla doluydu.



“Pora”nın liderlərindən biri Vladimir Kaskiv deyir ki, “biz regionda demokratik hərəkatların demək olar, bütün liderləri ilə söhbət etmişik və onlar bu ideyanı 120 faiz dəstəkləyiblər”.



Mərkəz “demokratik dəyişikliklərdə uğurlu olan” ölkələri—Slovakiya, Polşa, Çex Respublikası, Serbiya, Gürcüstan və Ukraynanı birləşdirəcək.



Hədəfdə “əvvəlcə Rusiya, sonra Belarus, Moldova, Azərbaycan və Qazaxıstandır”—deyərək Kaskiv bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG