Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:27

İran İraq səmasında vurulan təyyarədən xəbərdar olmadığını deyir


İran martın 17-i bildirib ki, ABŞ hərbiçilərinin İraq səmasına vurduğu pilotsuz təyyarənin vurulmasından xəbərdar deyil. İranın Xarici İşlər naziri Həsən Gashgavi deyib ki, onun belə qeyri-müəyyən məlumatdan xəbəri yoxdur.

ABŞ hərbiçiləri İraq səmasında İrana məxsus politosuz təyyarəni vurduqlarını deyirdilər. Amerika hərbiçilərinin sözlərinə görə ABŞ-ın reaktiv təyyarə vuranları bu təyyarəni keçən ay Bağdadın 100 kilometrliyində məhv ediblər. ABŞ hərbisinin sözçüsü bildirib ki, bu İraq səmasında heç də «təsadüfi təyyarə» olmayıb.

Lakin İraqın Müdafiə Nazirliyində hərbi əməliyyatlara rəhbərlik edən general mayor Əbdül Əziz Məhəmməd Jasim deyib ki, təyyarənin İraqa daxil olması səhvin nəticəsi də ola bilər.
XS
SM
MD
LG