Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:06

Qaz sayğaclarının olmaması kimə xeyirdi: dövlətə yoxsa istifadəçiyə?


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Təbii qazın qiymətlərinin artdığı bir dövrdə hökümət Azərbaycanın bütün bölgələrinin 2005-2007-ci illərdə qaz sayğacları ilə təmin etmək haqda ötən həftə qərar verib. Nazirlər Kabinetinin qərarına əsasən ilk sayğac qoyma kampaniyası paytaxt Bakıdan başlanacaq. Və artıq bu il 120 min sayğac quraşdırılacaq. Amma indiyədək cəmi 80 min abunəçi müxtəlif proqramlar çərçivəsində sayğaclarla təmin edilib. Bundan sonra sayğacların kimin hesabına – dövlətin yoxsa qaz istifadəçisinin hesabına qoyulacağı müəyyənləşdirilməyib. “Azəriqaz” və “Bakqaz” rəsmiləri sayğacların istifadəsinin qənaətə xidmət etdiyini deyir. Ancaq Bakının Nizami rayonunda yaşayan Bibixanım Musayeva bu fikirlərlə razı deyil. Onun sözlərinə görə, evlərində 1 il 3 ay əvvəl sayğac quraşdırılıb, amma qaz sərfi necə var idisə eləcə də qalıb.

Qaz sayğaclarının indiyədək istifadə olunmamasının başlıca səbəbini dövlət orqanları lazımi vəsaitin olmaması ilə bağlayırlar. Baş nazir Artur Rəsizadə də bu məqsədlə milyonlarla dolların lazım olduğunu, amma büdcədə həmin vəsaitin nəzərdə tutulmadığını deyib. Bakı şəhəri Qaz İstehsalat Birliyinin rəis mavini Nüsrət Qasımov qaz sayğaclarının hələlik abunəçilərin hesabına quraşdırdıqlarını deyir. Onun sözlərinə görə, qaz sayğaclarının quraşdırılmasında birbaşa dövlət maraqlıdır.

İqtisadiyyat sahəsində ixtisaslaşan diqqət mərkəzində saxlayan “Caspian Business Nyus” qəzetinin baş redaktoru Fəqan Əsgərov özü də daha az pul ödəmək üçün evinə sayğac qoymağı planlaşdırır. O, sayğacların quraşdırılması nəticəsində “Azəriqaz” Səhmdar Cəmiyyətinin gəlirlərinin azalacağını düşünür. Çünki əhali doğrudan da yalnız istifadə etdiyi qazın pulunu ödəyəcək.

Sayğac quraşdırma üzrə dövlət proqramının nə vaxt işə düşəcəyi hələlik bilinmir. Yerli bazarda satılan qaz sayğaclarının qiymətləri isə yüksəkdir. Misal üçün, Ukrayna istehsalı olan sayğacı 200 min manata satırlar. Bundan əlavə, evində sayğac görmək istəyən abunəçi quraşdırma pulunu da ödəməlidir. Digər tərəfdən, “Azəriqaz” mavi yanacağın qiymətinin qaldırılmasını istəyir. Uşaqlarına atasız baxan Bibixanım Musayeva isə bu addımı imkansızlar üçün fəlakət kimi qiymətləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG