Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:20

QHT-lər qaz təminatı ilə bağlı prezidentə müraciət ediblər


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Qaz təminatı sahəsində şəffaflığının təmin edilməsi haqda məktubla 20-yə yaxın qeyri-hökümət təşkilatı Azərbaycan prezidentinə müraciət göndərib.



Müraciətdə qazla təminat sahəsində islahatların keçirilməsinin və bu sahədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin vacibliyi vurğulanır.



Qaz sahəsindəki vəziyyəti araşdıran “Düşüncə Mərkəzi”nin yanvarın 31-də yaydığı bəyanatda deyilir ki, qaz sayğacları quraşdırılarsa, Azərbaycanın Rusiyadan alınan qaza ehtiyacı olmayacaq.



Mərkəzin nümayəndəsi Mehman Əliyevin sözlərinə görə, qaz təminatı ilə məşğul olan təşkilatların fəaliyyəti ciddi yoxlanılmalıdır. Çünki hər il ortada milyonlarla kubmetr qaz itir. “Düşüncə Mərkəzi” qaz təminatı sahəsinin monitorinqini davam etdirməyi öz üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG