Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:35
Rubrikalar

Qafqaz ölkələrində Rus dilinin vəziyyəti haqqında...


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Salam, Efirdə Qlobus proqramıdır. Studiyada mən, Samirə Faiqqızı. Qlobusda biz xaricdə yaşayan azərbaycanlılardan, onların nailiyyətlərindən və problemlərindən, azərbaycanlıların təşkilatlanmasından və diaspora cəmiyyətlərinin fəaliyyətindən danışırıq.

Qlobusun bugünkü buraxılışının mövzusu belədir:

vətənlərindən kənarda yaşayan Azərbaycanlılar xaricilərdən nə öyrənir, və xaricilər azərbaycanlılardan nə öyrənirlər.

Qlobusun qonaqları:



- Birləşmiş Ştatlardan Samir Süleymanov

- İsveçdən Leyla xanım Kiani

- Və Çexiyadan Yusif Fərəcov



Mən, Samirə Faiqqızı isə Azadlıq radiosunun Praqadakı studiyasındayam.



Xarici ölkələrdə özlərinə yaşayış tapan azərbaycanlılar həmin ölkələrdə yaşayıb- işləmək üçün təzə biliklər və vərdişlər mənimsəməli, yeni şəraitə uyğunlaşmalı olurlar. Yəgin ki, inteqrasiya prosesində xaricilər də azərbaycanlılardan bəzi şeyləri öyrənirlər. Bu məsələləri mən bugünkü Qlobusun iştirakçıları ilə müzakirə etdim.



Ilk qonağım, Amerikadan Samir Süleymanovdur. Samir bəy 10 ildən çoxdur ki, Birləşmiş Ştatlarda yaşayır, bu ölkədə təhsil alıb və 8 ilə yaxındır ki, Vaşinqtonda Dünya Bankında çalışır.



Qlobusun növbəti qonağı İsveçdən – Xəzər Azərbaycan-İsveç Dostluq Cəmiyyətinin sədri Leyla xanım Kianidir. Leyla xanım 18 ildir ki, İsveçin Malmo şəhərində yaşayır, hazırda şəhər icra hakimiyyətində çalışır.



Və bugünkü Qlobusun axırıncı qonağı Çexiyadan Yusif Fərəcovdur. Yusifin 16 yaşı var. O, iki il əvvəl valideynləri ilə Çexiyaya köçüb. Hazırda Praqa yaxınlığındakı kollecdə oxuyur.



Bu Çexiyadan Yusif Fərəcovdur. Bu günə bu qədər, Xatırladıram ki, buğünkü Qlobusun mövzusu belə idi -

vətəndən kənarda yaşayan Azərbaycanlılar xaricilərdən nə öyrənir, və xaricilər azərbaycanlılardan nə öyrənirlər. Qonaqlarım isə Amerikadan, İsveçrədən və Çexiyadan idilər. Qlobusda deyilənlərlə bağlı fikirlərini bizimlə bölüşdürmək istəyənlər Azadlıq radiosunun Bakı bürosunun 493-73-75 və Praqadakı redaksiyamızın 4202-21122351 nömrəli telefonlarına zəng edə bilərlər. Qlobusu mən apardım, Samirə Faiqqızı, Sağ olun, gələn şənbə günü yenidən görüşənədək.
XS
SM
MD
LG