Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:11

“Azərbaycanlı əsgər İraqda həlak olub”


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb »Yeni Azərbaycan» qəzeti ATƏT-in faktaraşdırıcı missiyasının fəaliyyəti ilə bağlı yazı dərc edib.



“Məxməri inqilablar” davam edəcək. Təhlilçilər bir sual ətrafında düşünürlər: növbəti “məxməri inqilab” harada baş tutacaq. Bu mövzuda »Azadlıq» qəzeti məqalə dərc edib.



»Üç nöqtə» qəzeti yazır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yeni müşahidəçi qrup yaradılıb.



Avropa Şurası Dağlıq Qarabağ münaqişəsinə dair xüsusi komitə yaradır. Bu barədə »525-ci qəzet» ətraflı yazır.



»Bakı Xəbər»in məlumatına görə, azərbaycanlı əsgər İraqda həlak olub. 20 yaşlı Murad Rəhimov ABŞ-da siyasi mühacir həyatı yaşayan azərbaycanlı ailəsindəndir. ABŞ silahlı qüvvələrinin əsgəri kimi münaqişəli bölgəyə əsgəri xidmətə yollanıbmış.



»Azərbaycan» qəzeti prezident İlham Əliyevin ATƏT həmsədrləri və faktaraşdırıcı missiyasının üzvləri ilə görüşündən geniş məlumat dərc edib.



Keçmiş baş nazir Sürət Hüseynovun qardaşı Asəf Hüseynovun hansı şəraitdə və nə səbəbdən həbs olunduğu barədə »Yeni Müsavat» qəzeti araşdırma aparıb.



»Ayna» qəzeti “4 erməni əsiri niyə əvəzsiz olaraq qaytarılıb?” başlıqlı məqalədə bu suala cavab verir.



»Exo» qəzetinin yazdığına görə, Azərbaycanda növbəti qiymət artımları gözlənilir.



»Türkiyənin Erməsnistan siyasətində yeni çalarlar» başlıqlı yazı ilə »Xalq Cəbhəsi» qəzetində tanış olmaq mümkündür.
XS
SM
MD
LG