Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:15

Azərbaycanda yeni təbii fəlakət baş verə bilər


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Bu haqda Milli Elmlər Akademiyasının Geologiya İnstitutu xəbərdarlıq edib. Xəbərdarlıqda texnogen amillərin təsiri üzündən Azərbaycanda, xüsusən də Abşeron yarımadasında palçıq vulkanlarının ətrafdakı yaşayış məntəqələri üçün təhlükə törətdiyi bildirilir.



Azərbaycanda 300-dək palçıq vulkanı var. Əsasən Abşeron-Qobustan-Şamaxı istiqamətində bu vulkanların ətrafında yaşayış məskənləri salınır, evlər tikilir və vulkanlar müxtəlif təsirlərə məruz qalır.



Geologiya İnstitutu xəbərdarlıq edir ki, yetərincə aktiv olan bu vulkanların ətrafında və yamacında salınmış yaşayış məntəqələri köçürülməzsə, vulkanların dağıdılmasının qarşısı alınmasa, təbii fələkət qaçılmaz olacaq.



Bakıda baş vermiş sürüşməylə bağlı da əvvəllər xəbərdarlıq etdiklərini xatırladan geoloqlar əlaqəli dövlət orqanlarından bu dəfə baş verə biləcək fəlakətin qarşısını almağı tələb edirlər.



Sonuncu dəfə 2001-ci ildə Ceyranbatan Su Anbarı sahilindəki palçıq vulkanı gözlənilmədən püskürmüşdü. Bu zaman yaxınlıqdakı evlərdə dağıntılar əmələ gəlmiş, evlər palçıq altında qalmışdı.



Geologiya İnstitutu palçıq vulkanizmi şöbəsinin rəhbəri Adil Əliyevin sözlərinə görə, hal-hazırda daha çox Mədrəsə, Hökməli, Qobu, Binəqədi və Lökbatandakı vulkanlar real təhlükə törədir. Adil Əliyev bu dəfə də xəbərdarlıqlarına dövlət qurumlarından reaksiya gəlmədiyini bildirdi.
XS
SM
MD
LG