Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:02

Dövlət qulluğu məsələləri üzrə komissiya yaradılır


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Prezident İlham Əliyev Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın yaradılması haqqında fərman imzalayıb. Fərmanın məqsədi dövlət qulluğu sahəsində aparılan islahatları sürətləndirməkdir.



Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Əli Əlirzayev deyir ki, bu komissiya korrupsiyayla mübarizəyə yardım kimi nəzərdə tutulub.



Avropa Şurasının tələbi ilə Azərbaycanda korrupsiyayla mübarizə proqramı həyata keçirilir. Yanvarın 1-dən korrupsiya haqqında qanun qüvvəyə minib. Proqram çərçivəsində Dövlət Qulluğunu İdarəetmə Şurası və prokurorluq yanında uyğun qurumlar yaranıb.



Mstəqil müşahidəçilər korrupsiyayla bu cür mübarizə metodlarının o qədər də uğurlu olmayacağı qənaətindədirlər.



Daxili İşlər Nazirliyində isə Daxili Təhlükəsizlik İdarəsi fəaliyyətə başlayıb. Daxili işlər naziri Ramil Usubovun verdiyi məlumata görə, yeni yaradılmış idarə polisin fəaliyyətinə nəzarətin həyata keçirilməsi, neqativ halların qarşısının alınması vəzifələrini yerinə yetirəcək.
XS
SM
MD
LG