Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:59

7 müxalifət liderinin kassasiya şikayətinə fevralın sonlarından tez baxılmayacaq


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Ali Məhkəmədə 7 müxalifət liderinin kassasiya şikayətinə fevralın sonlarından tez baxılmayacaq. Bu haqda məlumatı “Azadlıq” radiosuna müxalifətçilərin işində hakim olan Nəriman Hüseynov verib. Hakim deyir ki, 36 cildlik iş materialları ilə tanışlıq xeyli vaxt aparır.



Nəriman Hüseynovun sözlərinə görə, məhkumların şikayətlərinin surətləri zərərçəkənlərə göndəriləndən sonra onlara etiraz və qeydlərini bildirmək üçün qanunla 20 gün vaxt veriləcək. Şikayətlər hələ zərərçəkənlərə çatdırılmadığından 20 günlük vaxt da təyin olunmayıb. Hakim məhkəmənin açıq və şəffaf keçiriləcəyini də bildirdi.



Müxalifətçilərin vəkilləri isə məhkəməyə hazır olduqlarını deyirlər. Vəkil Osman Kazımov deyir ki, məhkəmədə müdafiə tərəfi qanun pozuntularının, hökmün, məhbusların hüquqlarının pozulması hallarının üzərində dayanacaqlar.



7 müxalifət lideri-Xalq partiyasının sədri Pənah Hüseyn, Ümid partiyasının sədri İqbal Ağazadə, Demokrat partiyasının baş katibi Sərdar Cəlaloğlu, Müsavat partiyası başqanının müavinləri Arif Hacılı və İbrahim İbrahimli, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu və Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov 2003-cü il prezident seçkilərindən sonra, oktyabrın 16-da Bakıda polislə mitinqçilər arasında baş vermiş toqquşmaların təşkilində ittiham olunublar.



Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə ötən il oktyabrın 22-də onlar haqqında 2 il yarımdan 5 ilədək azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlamışdı.
XS
SM
MD
LG