Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Daha 40 partiya Seçki Məcəlləsinin dəyişdirilməsini istəyir


Səs: Real audio
Timoşenko Yuşenko düşərgəsində parçalanma yaradıb Yanvarın 27-də Demokratik Seçki Forumunda bir araya gələn 40-a yaxın partiya Seçki Məcəlləsinə düzəlişlər edilməsiylə bağlı layihə hazırlayaraq ictimaiyyətə təqdim etdi.



Tədbirin təşkilatçısı Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu bir müddət əvvəl başda Müsavat, ADP və Xalq Cəbhəsi partiyası olmaqla bir sıra siyasi qüvvələrin eyni təşəbbüslə çıxış etdiyini xatırladaraq qeyd edir ki, onları bir-birlərindən ayırmaq lazımdır.



Fazil Qəzənfəroğlunun sözlərinə görə, bu layihənin hazırlanmasında daha çox müxalifət partiyaları iştirak edir. Üstəlik, sənəddə o biri müxalif qüvvələrin bir sıra təklifləri müdafiə olunsa da, unudulan məqamlara da toxunulub.



“Biz Mərkəzi Seçki Komissiyasının formalaşdırılmasında müstəqil hüquqşünasların iştirakını da zəruri sayırıq. Seçki siyahılarına, siyasi mühacir probleminə daha çox önəm veririk”.



Demokratik Seçki Forumunun hazırladığı layihədə hakimiyyətə və beynəlxalq təşkilatlara müraciət olaraq qeyd edilirdi ki, Seçki Məcəlləsi ilə bağlı müzakirələr müxalifət kimi məhz onlarla aparılmalıdır. Ancaq müzakirələr zamanı bu bənd layihədən çıxarıldı.

Günün bütün mövzuları

XS
SM
MD
LG